İmamların həyatının ən maraqlı ən əhəmiyyətli bölmələrindən biri onların öz dövrlərinin İslam cəmiyyəti arasındakı ləyaqətsiz düşüncə və mədəniyyətdən uzaq olan başbilənlər yəni saray fəqihi hədisçi təfsirçi qari və qazıları ilə mübarizələri olmuşdur. Bunlar camaatın fikir və düşüncələrini zalım hakimlərin xeyrinə cəlb edir onları Bəni–Üməyyə və Bəni–Abbas xəlifələrinin cəmiyyətdə təyin etdikləri hakimiyyətə yönəldir onları bu vəziyyətə tabe edərək zalım hakimlərin hakimiyyəti üçün fikri və zehni zəmin yaradırdılar. İmam Səccad əleyhissəlamın siyasi həyatındakı bu cür mübarizələrdən bir nümunəsi o Həzrətin saray hədisçisi olan Məhəmməd ibn Müslimi Zühri (58-124 h.q) ilə mübarizəsidir.