Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə158/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   154   155   156   157   158   159   160   161   ...   427

Zühri kimdir?


Zühri o dövrün tabein (peyğəmbərin özünü yox, səhabələrini görmüş şəxs) fəqih və böyük hədisçilərindən biri idi. O öz dövründə yaşamış sünni məzhəbinin “yeddi fəqih”1 indən olub onların biliyini kamil əldə etmiş, on səhabəni görməyə müvəffəq olmuşdur. Belə ki böyük şəxsiyyətlərin bir dəstəsi ondan hədis və fiqh (şəri məsələlər) rəvayət etmişlər.2

Zühri belə sabiqəsi nəticəsində öz dövrünün elmi və fiqhi məclislərində böyük şöhrət qazanmışdı. Belə ki, onu aşağıdakı ifadələrlə xatırladırdılar: Malik ibn Ənəs demişdir: “Mədinədə bir nəfərdən başqa hədisçi və fəqih görmədim. O da İbn Şəhab Zühridir.”3 Yaxud: “Məkhula dedilər ki indiyədək gördüyün ən savadlı şəxs kimdir?” Dedi: “Zühri.” Dedilər: “Ondan sonra?” Dedi: “Zühri.” Yenə dedilər: Ondan sonra? Cavab verdi: “Zühri.”4 Bununla belə, Zühri İmam Səccad əleyhissəlamın elm zöhd təqva əzmətinin heyranı o Həzrətin mənəvi məqamının vurğunu idi. Zühri deyirdi: “Qüreyşdə Əli ibn Hüseyn əleyhissəlamdan (İmam Səccaddan) təqvalı və üstün bir şəxs görmədim.” Həmçinin, o deyirdi: “Haşimilər arasında gördüyüm ən bilikli şəxs Əli ibn Hüseyn əleyhissəlamdır (İmam Səccaddır.)5 Zühri hər vaxt İmam Səccad əleyhissəlamdan söhbət etsəydi ağlayardı və o Həzrəti Zeynül-abidin (abidlərin zinəti) adı ilə qələmə verirdi.6 O İmam Səccad əleyhissəlamın elmindən çoxlu istifadə etmiş ondan çoxlu hədis nəql etmişdir.7

Zühri bir qədər Bəni-Üməyyə tərəfindən vilayətlərdən birində hakim olmuşdur. Bu dövrdə o bir nəfəri cəzalandırmış həmin şəxs bu cəza nəticəsində ölmüşdür. Zühri bu hadisədən bərk narahat olub ev-eşiyindən çıxıb səhraya üz tutmuş və demişdir: “Bundan sonra evin tavanı bir daha mənim başım üzərinə kölgə salmayacaq.”

Bir gün İmam Səccad (əleyhissəlam) Zührini görüb buyurdu: “Sənin (Allah rəhmətindən) məyus olmağın bu günahından pisdir. Allahdan qorx və tövbə et! Ölən şəxsin qan bahasını onun varislərinə göndər özün də ailənin yanına qayıt.” Bütün bu elmi ilə yanaşı bu məsələdən xəbərdar olmayan Zühri bu göstərişə sevindi. O sonralar deyirdi: “Əli ibn Hüseyn əleyhissəlama hamıdan çox mən borcluyam.”8



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin