Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə175/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   171   172   173   174   175   176   177   178   ...   427

Süleyman ibn Əbdülməlik


Süleyman ibn Əbdülməlikin hakimiyyət dövrü çox qısa olmuşdur. O üç ildən çox hakimiyyətdə qalmamışdır.1 Süleyman hakimiyyətə gəldiyi ilk çağlarda özünü bir az mülayim aparmış İraq həbsxanalarının qapılarını açdıraraq Həccac ibn Yusif tərəfindən həbsə alınmış minlərlə günahsız məhbusu azad etmiş Yusif ibn Həccacın maliyyə işlərinə təyin etdiyi şəxsləri işdən uzaqlaşdırıb onun zalımcasına qurulmuş bir çox proqramlarını ləğv etmişdi.

İntiqam alovu


Süleyman ibn Əbdülməlikin İraqın günahsız məhbuslarını azad etməsi ötəri bir şey idi. O sonradan özünün bu metodunu dəyişərək şəxsi hesablar və hissiyyatların təsiri nəticəsində zülm və cinayətə əl atdı. Qəbilə təəssübkeşliyi məqsədilə Müzəri qəbiləsindən olanları təzyiqlərə məruz qoyub onların rəqibləri olan Qəhtani qəbiləsini (Yəmən qəbilələrini) müdafiə edirdi.2 O həmçinin, tanınmış şəxsiyyətləri və ordu başçılarından bəzilərini öldürərək İspaniya zəfərinin iki cəsur qəhrəmanları Musa ibn Nüseyr və Tariq ibn Ziyada soyuq yanaşıb onları işdən qovdu.3

“İslamın siyasi tarixi” kitabının müəllifi yazır: “Süleyman ibn Əbdülməlik öz valiləri barədə xüsusi ölçülər götürürdü. Bəzilərinə məhəbbətlə yanaşır bəzilərini isə aradan qaldırmaq üçün plan çəkirdi. Hindistan əmiri Məhəmməd ibn Qasim Mavəraun-nəhrin əmiri Qüteybə ibn Müslim və İspaniya əmiri Musa ibn Nüseyr Süleymanın düşmənçilik etdiyi şəxslərdən olmuşlar.”4 Bu düşmənçiliklərin hamısı şəxsi və qəbilə məqsədləri nəticəsində əmələ gəlmişdi. Təəssüflər olsun ki burada bu barədə çox söhbət etmək mümkün deyil.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin