Əhkamın şiəliyə xas olan şəkildə bəyan olunması
İmam Sadiq (əleyhissəlam) vasitəsilə böyük elm və fiqh ocağının təsis edilməsi mövzusunda o Həzrətin həyatını araşdıranların əksəriyyəti üçün məlum olmayan cəhət bu işin siyasi və əks mövqe daşımasıdır. Bu hərəkətin siyasi cəhətlərinin aşkar olunması üçün ilk növbədə aşağıdakı məsələyə diqqət yetirməliyik.
İslamda xilafət sistemi digər ölkələrin hakimiyyət sistemi ilə ona görə fərqlənir ki bu təkcə siyasi təşkilat yox eyni zamanda siyasi-məzhəbi bir təşkilatdır. İslami rəhbərə xəlifə adının ünvanlanması onu göstərir ki o siyasi rəhbərdən əlavə ilk növbədə Peyğəmbər canişinidir Peyğəmbər isə din gətirmiş və əxlaq öyrədən bir şəxs olmuşdur. Deməli İslamda xəlifə olmaq bu deməkdir ki o siyasi aləmdə vəzifə daşıması ilə yanaşı camaatın dini məzhəbi işlərini də öhdəsinə götürmüşdür. Tam qəbul edilmiş bu məsələ ona gətirib çıxartdı ki ilk İslami xəlifələrdən sonra hakimiyyətə gələn dini məlumatı az olan bəzən də dini məlumatı sıfır səviyyəsində olan xəlifələr bu qərara gəldilər ki bu çatışmazlığı onlara tabe olan din alimlərinin köməyi ilə aradan qaldırsınlar və yaltaq hədisçi təfsirçi və fəqihləri öz saraylarına cəlb etməklə hakimiyyət sistemini yenə də din və siyasət əsasında qursunlar. Bu cür şəxsləri saraya cəlb etməkdə xəlifələr üçün başqa bir məqsəd də ondan ibarət idi ki onlar zalım və ədalətsiz xəlifələrin istəyinə əsasən, şəriət hökmələrini günün məsləhəti bəhanəsi ilə asanlıqla dəyişib xəlifələrin tamahı əsasında (avam camaat üçün fərq qoyulması məlum olmayan) hökmləri istənilən şəkildə ələ gətirsinlər.
Ötən əsrlərin yazıçı və tarixçiləri insanı dəhşətə gətirən bir sıra qondarma olan yalan hədis və şəxsi fikir əsasında verilmiş təfsir nümunələrini qeyd etmişlər ki onlarda siyasi qüvvələrin təsiri açıq-aşkar hiss edilir. Eynilə bu iş Quranın təfsiri barədə də icra olunurdu. Quranın, təfsirçinin öz şəxsi fikrinə əsasən təfsir olunması, Allahın hökmünü camaatın gözündə dəyişib onu öz istədiyi kimi (təbii ki təfsirçinin istədiyi xəlifənin istəyi ilə uyğun gəlirdi) qələmə verə bilməsi bu cür işlərdən biri idi. Bu səbəbə görə, elə İslamın lap ilkin çağlarından fiqh (şəriət elmi) hədis və təfsir iki hissəyə bölünür. Birinci dəstə qəsbkar hökumət orqanlarına tabe olan dəstə olmuş və əksər hallarda həqiqəti hökumətin məsləhətinə qurban verərək dünya malına çatmaq üçün Allahın hökmünü təhrif etmişdir. İkinci dəstə isə doğru və düzgün İlahi hökmlərə heç bir məsləhəti üstün tutmayan əsl İslami dəstə olmuşdur. Təbii ki onlar hər an hakimiyyət və onun yaltaq fəqihləri ilə baş-başa gəlmiş və bu səbəbdən də çox vaxtlar qeyri-rəsmi şəkildə fəaliyyətdə olmuşlar.
Dostları ilə paylaş: |