Мя’сум имамларын


Fikirlərin mübarizə dövrü



Yüklə 4,88 Mb.
səhifə212/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   208   209   210   211   212   213   214   215   ...   427

Fikirlərin mübarizə dövrü


Öncə qeyd etdiyimiz kimi hicrətin ikinci əsri elm araşdırma fikir mübarizəsi və İslam cəmiyyəti arasında müxtəlif növ məzhəb və firqələrin əmələ gəlməsi dövrü olmuşdur. İslam dininin elə ilk gündən elmin inkişafı yolunda atılmış bir addım olmasına baxmayaraq, hicrətin ikinci əsrində bir tərəfdən müsəlman alimlərinin yunan və biganə fəlsəfələrdən xəbərdar olmaları digər tərəfdən də İslam cəmiyyəti arasında müxtəlif növ məzhəblərin əmələ gəlməsi nəticəsində elmi və məzhəbi söz-söhbətlər müxtəlif sahələrdə aparılan elmi mübahisələr kulminasiya nöqtəsinə çatır və bu sahədə hər biri özünə görə böyük bir şəxsiyyət sayılan alimlər ortaya çıxır. Həmçinin, o dövrə qədər aparılan elmi müzakirələr sabit və tənzimlənmiş şəkildə olmadığından elmi bəhs və müzakirəyə çox ehtiyac duyulurdu.3 Bu səbəblərə görə müxtəlif firqələr arasında gedən elmi çəkişmələr xüsusi əhəmiyyət kəsb etmiş və müxtəlif yerlərdə diqqəti cəlb edən çoxsaylı dəyərli elmi müzakirələr aparılırdı. Həmin müzakirələrin çoxu indi də qaynaqlarda qorunub saxlanır.

Bu amillərin məcmusu müsəlmanlar arasında məsələlərin təhlilinin anlaşılmasına elmin inkişafına gətirib çıxarmışdı. Belə ki bu mövzu barədə İslam tarixinin qaynaqlarında xüsusi yer ayrılmışdır. Belə bir mühitdə böyüyüb boya-başa çatan Hişam ibn Həkəm yüksək istedad böyük həvəsə malik olduğundan qısa bir vaxtda alimlər arasında özünə yer tapdı və öz əsrinin məşhur alim və ziyalılarından biri oldu.1



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin