Мя’сум имамларын


İbrahimin Əbu Müslimə söylədiyi dəhşətli vəsiyyətlər



Yüklə 4,88 Mb.
səhifə224/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   220   221   222   223   224   225   226   227   ...   427

İbrahimin Əbu Müslimə söylədiyi dəhşətli vəsiyyətlər


Tarixə nəzər saldıqda Abbasilər qiyamının əvvəllərində İbrahimin Əbu Müslim Xorasaniyə yazdığı vəsiyyətin mətninə rast gəlirik.

Əmiri-Ali-Məhəmməd2 (səlləllahu əleyhi və alih) ləqəbi almış tanınmış qəhrəman Əbu Müslim Xorasani Məkkəyə səfəri zamanı İbrahimlə görüşdü. İbrahim öz vəsiyyətlərini ona deyib sonralar Abbasilərin simvolu olmuş qara bir bayrağı da ona verərək onu Xorasanda qiyam qaldırmaq üçün göndərdi. Bu vəsiyyət İbrahim Əbu Müslim və sair qiyam başçılarının əsl simasını açıb söylədiyi üçün onu olduğu kimi burada qeyd edirik.

İbrahim bu fərmanın (vəsiyyətin) əvvəlində Əbu Müslimi - bu təcrübəsiz cavanı daha çox aldatmaq üçün deyir: “Sən bizim ailəmizdən olan bir şəxssən. Sənə nə deyirəmsə ona əməl et... (Bizə qarşı vəfalı olmaqda) kimdən şübhələnsən onu qətlə yetir əgər bacarsan, Xorasanda bir nəfər də olsun belə ərəb qoyma (Xorasanda olan bütün ərəbləri öldür.) Hətta beş qarış boyunda bir uşaqdan da şübhələnsən öldür.”1

Beləliklə, İbrahim öz vəsiyyətində Əbu-Müslimə açıq-aşkar qətl fərmanı verir.

Muqrizi deyir: “Əgər İbrahim Əbu-Müslimi qeyri-müsəlman bir vilayətin əhalisini İslama dəvət etmək üçün göndərsəydi bu cür bir hökm verməsi əsla caiz olmazdı. Halbuki, o Əbu-Müslimi müsəlman vilayətinə göndərib ona belə bir qırğın əmri verdi.”2


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin