Bəni-Üməyyə xəlifələri çalışırdılar ki müxtəlif yollarla camaatı məsum İmamların məktəbindən uzaqlaşdırıb onlarla İmamlar arasında ayrılıq salsınlar. Bu məqsədlə onlar camaatı hökumətdən asılı olan ya da heç olmasa, hökumətə zərəri olmayan qazılara müraciət etməyə məcbur edirdilər.
Abbasi xəlifələrinin işin əvvəlində öz məqsədlərinə nail olmaları üçün Bəni-Haşimə tərəfdar olmağı özlərinə şüar etməsinə baxmayaraq, hakimiyyət başına gəldikdən sonra onlar da Bəni-Üməyyə xəlifələrinin gördükləri işləri görməyə başladılar.
Abbasi xəlifələri də Bəni-Üməyyə xəlifələri kimi mənəvi cazibə və ruhlandırıcı məktəbləri camaatı özünə vurğun etmiş İmamları öz hökumətləri üçün böyük təhlükə hesab edirdilər. Buna görə də, çalışırdılar ki İmamları daima künc-bucaqda saxlasınlar. Bu məsələ İmam Sadiq əleyhissəlamın dövründə daha çox nəzərə çarpırdı. O Həzrətin dövründə xəlifələr açıq-aşkar çalışırdılar ki bir müddət İmam Sadiq əleyhissəlamın şagirdi olmuş şəxsləri onun məktəbinin müqabilində fətva kürsüsünə otuzdurub onu camaat üçün qazı müfti təyin etsinlər. Belə ki (bir vaxtlar İmam Sadiq əleyhissəlamın şagirdləri olmuş) İbn Əbu Zi`b və Malik ibn Ənəsi bu kürsüdə otuzdurdular.
Mənsur Dəvaniqi bu məqsədlə Malik ibn Ənəsə həddən artıq çox hörmət edir və onu rəsmi müfti və qazı kimi tanıtdırırdı. Bəni-Abbas xəlifələrinin carçısı Mədinə şəhərində gəzib elan edirdi ki Malik ibn Ənəs və İbn Əbu Zibdən2 başqa İslami hökmlər barədə fətva verməyə heç kəsin haqqı yoxdur.3
Dostları ilə paylaş: |