Məcburi yazılmış kitab
Mənsur Dəvaniqi Malikə əmr edir ki bir hədis kitabı yazıb hədisçilərin ixtiyarında qoysun. Malik bu işdən boyun qaçırır lakin Mənsur israr edirdi. Bir gün Mənsur ona deyir: “Bu kitabı yazmalısan çünki indi səndən bilikli adam yoxdur.” Malik Mənsurun israr və təkidi nəticəsində “Müvəttə” adlı bir kitab yazır.4 Bu hadisədən sonra o dövrün hakim qüvvələri camaatı İmam Sadiq əleyhissəlamın məktəbindən uzaqlaşdırmaq üçün bütün qüvvəsi ilə Malikin səs-sorağını verdiyi fətvaları yayıb təbliğ etməyə başlayırlar. Mənsur Malikə deyir: “Əgər sağ qalsam sənin fətvalarını Quran ayələri kimi yazıb bütün şəhərlərə göndərərək camaatı ona əməl etməyə məcbur edəcəyəm.”5
Əlbəttə, bu müftilər də öz dövrlərinin müqabilində istər-istəməz onların mənafeyini qoruyurdular. Əgər xəlifə bilsəydi ki ona tabe olan müftilər onun mənafeyinə zidd olan bir iş görüb yaxud öz aləmlərində onun mənafeyi ilə ziddirlər onları möhkəmcə cəzalandırardı. Belə ki Malik ibn Ənəs, Mənsurun nəzərində o qədər böyük olmasına baxmayaraq, Mənsurun sözünü onun əmisi oğlunun yanında danışdığına görə onun əmri ilə yetmiş zərbə şallaq vurulması əmrinə məhkum olunmuşdu. Bu Malikin xəlifənin fikrinə və meylinə zidd fətva verməsinə görə olmuşdu.1
Dostları ilə paylaş: |