Zeydin Kufəyə gəlişi böyük səs-küy salmış onun Hişamla söhbəti hər yerə yayılmışdı. Vəziyyətin gedişatını yaxından izləyən Kufə camaatı Zeydin Mədinəyə göndərilməsini eşitcək tez özlərini ona çatdırıb onu himayə edəcəklərini bildirərək dedilər: “Kufədə qal və camaatdan beyət al! Arxayın ol ki yüz min nəfər sənə beyət edib sənin ordunda vuruşmağa hazır olacaq. Bəni-Üməyyənin isə Kufədə çox az tərəfdarı var onlar da ilk hücumda qırılıb qurtaracaqlar.”
Kufə camaatının Həzrət Əli (əleyhissəlam) İmam Həsən (əleyhissəlam) və eləcə də, İmam Hüseyn əleyhissəlamın dövründəki vəfasızlıqlarını yaddan çıxarmamış Zeyd bir o qədər də onların vədələrinə arxayın olmadı ancaq kufəlilərin həddən artıq təkidləri nəticəsində Mədinəyə getmək fikrindən daşınıb Kufəyə qayıtdı. Camaat dəstə-dəstə gəlib ona beyət etdi. İş o yerə çatdı ki təkcə Kufədən iyirmi beş min nəfər döyüşə hazır oldu.