Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə241/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   237   238   239   240   241   242   243   244   ...   427

Qiyamın başlanğıcı


Əməvilərin süqutundan sonra iqtidarı ələ keçirmiş Əbul Abbas Səffahın xilafətini rəsmi olaraq tanımayan Məhəmməd və qardaşı İbrahim məcbur olub bir güşədə gizləndilər. Məhəmməd, onun xilafəti qəsb etdiyini bildirərək bu mənsəbə özünün layiq olduğunu söyləyirdi. Deyirdi ki, o vaxt bey`ət və əhd-peymana əsasən indi Əbul Abbas və qardaşı Mənsur ona tabe olmalıdırlar, əksinə yox. Onların bu müxalifəti Əbul Abbası bərk təşvişə salmışdı və hətta onların yerini öyrənmək üçün atası ilə də sorğu-sual aparmışdı. Onu lap çox qorxudan məsələlərdən biri də Məhəmmədin böyük şəxsiyyətlərdən birinin qiyama də`vəti məktubunun onun əlinə düşməsi idi.5

Beləliklə bu mübariz iki qardaş gizli surətdə hökumətin əleyhinə qiyama hazırlaşaraq öz ətrafına inqilabçı adamları toplamağa başladılar.6 Hicrətin 136-cı ilində (Əbul Abbasın xilafətinin sonlarında) Mədinəyə gəlmiş vəliəhd Mənsurun görüşündə çoxları, o cümlədən Bəni Haşim də iştirak etsə də, bu iki qardaş görüşdən imtina etdilər.1

Mənsur xilafətə gəldikdən sonra onların axtarışı üçün ciddi tədbirlərə əl atdı. Onların yerini tapmaq üçün, demək olar bütün şiələr sorğu-suala çəkilirdi.2 Bütün bunların bir nətəcəsi olmadıqda çoxlu cəsusları küllü miqdarda pul və miniklə tə`min etməklə bu işə cəlb etdi.3 138-ci ildə Fəzl ibn Salehi həcc mərasiminin əmiri tə`yin edib ona ciddi tapşırdı ki, Məhəmməd və İbrahimi harada mümkün oldu ələ keçirib ona təhvil versin.

Fəzl Mədinəyə daxil olduqdan sonra bütün camaat və eləcə Həsəni seyidləri onun görüşünə gəlmişdilər. Fəzl, Məhəmməd və İbrahimin onun hüzuruna gəlmədiyini görüb atası Abdullahdan onların harda olduğunu soruşduqda ona bəhanə gətirərək demişdi ki, istirahət üçün ova çıxıblar.4

Zaman ötdükcə qarşıya başqa mühüm məsələlər və hadisələr çıxırdı ki, Mənsur da çarəsiz qalıb bütün gücünü onların həllinə sərf edirdi. Nisbətən yaddan çıxmış Məhəmməd isə ələ düşən fürsəti qətimət bilib öz ideyalarını yaymağa və ətrafına adam toplamaq üçün müxtəlif məntəqələrə nümayəndələr göndərməyə başladı.5 Hadisələri ardıcıl yoluna qoyan Mənsur yenidən ehtimal verilən bu hərəkatın qabağını almaq üçün bütün qüvvələri Hicazın başdan-başa nəzarətdə saxlamasına yönəltdi. Çünki bu müddət ərzində Hicazda Məhəmmədin hərəkatının yayılmasına dair yeni-yeni xəbərlər ona gəlib çatırdı.6


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin