Мя’сум имамларын


Yeddinci İmam və Fəxx şəhidi



Yüklə 4,88 Mb.
səhifə257/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   253   254   255   256   257   258   259   260   ...   427

Yeddinci İmam və Fəxx şəhidi


Bu faciə heç də İmam Kazim əleyhissəlamla əlaqəsiz olmamışdır. Çünki İmam Kazim (əleyhissəlam) bu mübarizənin yaranmasından təşəkkül tapana qədər nə təkcə ondan xəbərsiz olmamış hətta Fəxx şəhidi Hüseynlə sıx əlaqədə olmuşdur. İmam Kazim əleyhissəlamın qiyamın məğlub ediləcəyini qabaqcadan bilməsinə baxmayaraq, o Hüseynin öz məqsədi uğrunda möhkəm durduğunu gördükdə ona buyurur: “Baxmayaraq ki sən şəhid olacaqsan ancaq cihad və mübarizədə yenə möhkəm ol! Bunlar (xəlifə və onun ordusu) çox pis adamlardır. Zahirdə özlərini imanlı göstərir həqiqətdə isə heç bir əqidə və imanları yoxdur. Bu yolda mən sənin əcr və savabını Allah-taaladan istəyirəm.”2

Digər tərəfdən də, Hadi Abbasi, İmam Kazim əleyhissəlamın Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən böyük şəxsiyyəti olmasına və Bəni-Haşimin digər şəxsiyyətlərinin onun məsləhətlərindən ilham aldığını bildiyi üçün Fəxx faciəsindən sonra bərk əsəbləşdi. Ona görə ki onun fikrincə pərdə arxasında olsa da, bəzi cəhətlərdən bu əməliyyata İmam Kazim (əleyhissəlam) başçılıq etmişdir. Buna görə də, o, Həzrəti ölümlə hədələyib dedi: “And olsun Allaha Hüseyn (Fəxx şəhidi) Musa ibn Cəfər əleyhissəlamdan göstəriş alaraq mənə qarşı mübarizəyə qalxıb ona itaət etmişdir. Çünki bu tayfanın (Bəni-Haşimin) başçı və İmamı məhz Musa ibn Cəfər əleyhissəlamdır. Əgər mən onu sağ qoysam Allah məni öldürsün!”3



Bu təhdidlərə İmam Kazim (əleyhissəlam) soyuqqanlı yanaşsa da Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi şiələr və o Həzrətin tərəfdarları çox qorxuya düşdülər. Ancaq Hadi öz çirkin məqsədini həyata keçirməmiş ömrü sona yetdi və onun ölüm xəbəri Mədinədə sevinc və fərəh ruhiyyəsi yaratdı.

Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin