Bu məsələ Abbasi xəlifələri arasında hamıdan çox Harun ər-Rəşidin dövründə özünü göstərmişdir. Hökumət dairəsinin bu qədər genişliyi və həmçinin, imkanlarının çox olmasına baxmayaraq, qəlblərin hələ də, İmam Museyi-Kazim əleyhissəlamla olmasını bilən Harun bu məsələdən çox narahat olur və o Həzrətin mənəvi nüfuzunun azalması üçün gizli hiylələrini işə salırdı. “Camaat öz xüms-zəkatını gizli şəkildə Musa ibn Cəfər əleyhissəlama verir və bu hərəkət ilə həqiqətdə onun xəlifə olduğunu rəsmiyyətlə tanımış Abbasi hökumətini isə qeyri-qanuni hökumət bilir” - xəbərinin hər gün Haruna çatdırılması onun üçün dözülməz idi. Elə buna görə də, Harun bir dəfə İmam Kazim əleyhissəlamı Kəbənin kənarında gördükdə, ona deyir: “Camaatın gizlicə beyət edib rəhbər bildikləri şəxs sənsən?” İmam Kazim (əleyhissəlam) buyurdu: “Mən camaatın qəlb və ruhuna hakiməm sən isə onların quru bədənlərinə hakimsən.”1