Мя’сум имамларын


Əli ibn Yəqtin – İmam Kazim əleyhissəlamın Harunun sarayındakı elçisi



Yüklə 4,88 Mb.
səhifə268/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   264   265   266   267   268   269   270   271   ...   427

Əli ibn Yəqtin – İmam Kazim əleyhissəlamın Harunun sarayındakı elçisi


Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın seçilmiş və qabaqcıl şagirdlərindən biri olmuşdur. O pak və adlı-sanlı bir şəxs olmuş İmam Kazim əleyhissəlamın yanında özünəməxsus mövqe tutmuşdu. Şiə aləmində onun misilsiz hörməti vardı.1

Əli ibn Yəqtin hicrətin yüz iyirmi dördüncü ilində Əməvi sülaləsinin hakimiyyətinin son çağlarında Kufə şəhərində dünyaya gəlmişdir. Atası Yəqtin Abbasilər sülaləsinin əsas tərəfdarlarından biri olmuşdur. Elə buna görə də, öz dövrünün xəlifəsi olmuş (Əməvi xəlifəsi) Mərvani Himar onu tutmaq istəmiş o isə hökumətdən qaçaq düşmüşdür. Onun həyat yoldaşı ərinin qaçaq düşdüyü bu müddətdə (haqqında danışdığımız) Əli və Übeyd adlı iki oğlunu da götürüb Mədinə şəhərinə köçür. Əməvilər süquta uğrayıb Abbasilər hakimiyyətə gəldikdən sonra Yəqtin Kufəyə gələrək Əbülabbas Səffaha qoşulmuşdur. Həmçinin, onun həyat yoldaşı da uşaqları ilə birlikdə Kufəyə qayıtmışdır.2

Bəli Əli ibn Yəqtin Kufədə böyüyüb boya-başa çatmış və İmam Kazim əleyhissəlamın şagirdləri sırasına qoşulmuşdur.


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin