İmam Kazim əleyhissəlamın şərti razılığı
Əli ibn Yəqtin İmam Kazim əleyhissəlamın razılığı ilə Harunun sarayında vəzir olmasını qəbul etdi.2 O sonradan neçə dəfə işindən istefa vermək istəmiş lakin İmam Kazim (əleyhissəlam) onu bu fikrindən daşındırmışdır.3
İmam Kazim əleyhissəlamın Əli ibn Yəqtini öz vəzifəsində saxlamaqdan məqsədi şiələrin can mal və hüquqlarının qorunması və onların gizli təşkilatına kömək etmək idi. İmam Kazim (əleyhissəlam) ona buyurur: “Əgər istəyirsənsə sənin barəndə üç şeyə zamin olum onda sən də bir şeyə zamin ol.” Əli ibn Yəqtin soruşur: “O üç şey hansılardır?” İmam Kazim (əleyhissəlam) buyurur: “Sənin üçün zamin olduğum üç şey bunlardır:
1. Əsla sən qılınc və düşmənin əli ilə öldürülməyəcəksən.
2. Sənin heç vaxt maddi imkana ehtiyacın olmayacaq.
3. Sən heç vaxt tutulmayacaqsan.
Ancaq sənin zamin olacağın şey isə budur ki bizim şiələrdən birinin işi düşüb nə vaxt biri sənə müraciət edərsə söz ver ki onun işini düzəldəcək və ona hörmət edəcəksən.”
Əli ibn Yəqtin İmam əleyhissəlamın şərtini qəbul etdi İmam da bu üç şey barədə onun üçün zamin oldu.1 İmam Kazim (əleyhissəlam) öz söhbəti əsnasında buyurdu: “Sənin bu məqamın (şiə) qardaşlarının fəxridir. Ümid edirik ki Allah sənin vasitənlə məğlubiyyətlərin əvəzini çıxıb müxaliflərin fitnə alovunu söndürsün.”
Bəli Əli ibn Yəqtin öz əhdinə sadiq qaldı vəzifədə olduğu bütün müddət ərzində şiələr üçün mötəbər bir istehkam hesab edilmiş və o cür çətin şəraitdə şiələrin azadlığı və canlarının qorunması üçün lazım olan şəraiti təmin etməkdə böyük rol oynamışdır.
Dostları ilə paylaş: |