Məmunun hakimiyyətə gəlişi ilə İmam Riza əleyhissəlamın həyatında yeni bir səhifə açılır. Bu elə bir səhifə idi ki başdan-ayağa İmam Riza əleyhissəlamın qəmli-qüssəli illəri ilə dolu idi.
Xəlifəlik məqamını qəsb edənlərin (istər Bəni-Üməyyədən olsun istərsə də Bəni-Abbasdan) ən çox qorxduqları şəxslər Əli əleyhissəlamın övladları olmuşdur. Çünki camaat (hamısı da olmasa, böyük bir qismi) xəlifə olmağı onların haqqı bilir və üstəlik onları hər cür fəzilət sahibi bilirdi. Elə buna görə də, Əli (əleyhissəlam) övladları daima işkəncələrə məruz qalaraq xəlifələr tərəfindən əziyyət çəkir axırda da onların əli ilə şəhid olurdular.
Məmun isə şiəliyə rəğbət bəsləyir və ətrafındakıların da əksəriyyəti Həzrət Əli əleyhissəlamın övladlarına qarşı mehriban olub onlara xüsusi hörmət bəsləyən iranlılardan ibarət idi. Bu səbəbdən Məmun öz ata-babası Harun və Mənsur kimi İmamı həbs edib ona əziyyət verə bilmirdi. Buna görə də, Məmun yeni bir metod fikirləşir. Düzdür bu metod heç də sabiqəsiz olmamış və keçmiş xəlifələrin dövründə icra olunmuşdu ancaq necə olsa da, kənardan bir az yaxşı nəzərə çarpırdı. Ondan sonrakı xəlifələr də, məhz bu metoddan istifadə etməyə başalayırlar. Məmun bu qərara gəlir ki İmam Riza əleyhissəlamı öz iqamətgahı yerləşən Mərv şəhərinə gətirib, o Həzrətlə mehribancasına rəftar etsin və onun elmi-ictimai mövqeyindən istifadə etməklə yanaşı bütün işlərini nəzarət altına alsın.
Dostları ilə paylaş: |