Məmunun atasının onu ikinci vəliəhd təyin etməsinə baxmayaraq bu heç də Məmunu gələcəkdə hakimiyyətə çatmağa arxayın etmirdi. Çünki o nə vaxtsa qardaşı və digər Abbasi əyan-əşrafının vədlərinə əməl etməyəcəklərindən qorxur və onların vədlərinə sadiq qalacaqlarına arxayın deyildi. Belə olduğu halda, Məmun öz mövqeyinin təhlükə qarşısında durduğunu görəndə başqalarına arxalana bilərdimi? Məmun hakimiyyətə necə çata bilər və hakimiyyətə çatdıqdan sonra onu necə qoruyub saxlaya bilər? Bunlar Məmunun daima fikrində dolandırdığı suallar idi. O son dərəcə diqqət zirəklik və düşüncə ilə bu suallara cavab tapmalı sonra isə həmin cavablara uyğun olaraq öz hərəkətini başlamalı idi.
İndi isə Məmunun müxtəlif dəstələr arasından hansına arxalana bilib intizarında olduğu (həm öz əleyhinə həm də hökumətinə qarşı), təhlükələr zamanı əlbir ola biləcəyi dəstəni müəyyənləşdirmək üçün bu dəstələrin Məmuna olan münasibətini araşdırırıq.