Məlum məsələdir ki Ələvilər nə təkcə Məmunun eləcə də, heç bir Abbasi xəlifəsinin hakimiyyətini qəbul etmirdilər. Çünki onların öz arasında hakimiyyətə gəlməyə daha layiqli olan şəxslər var idi. Bundan da əlavə, Məmunun mənsub olduğu sülalələyə (Bəni-Abbasa) Əli əleyhissəlamın övladları daha çox nifrət bəsləyirdilər. Çünki onlar Ələvilərə Bəni-Üməyyənin etdiyi zülmdən də çox əzab-əziyyət etmişdilər.
Bəni-Abbasın Ələvilərin qanını necə axıtdığını onların əmlakını necə qəsb etdiyini yurd-yuvalarından necə didərgin saldığını bir sözlə, daima onları müxtəlif növ əzab-əziyyətlərə məruz qoyduğunu çox yaxşı bilirik. Məmun üçün isə bu çirkin ləkə kifayət idi ki o nübüvvət ağacının bütün qol-budaqlarını qırıb bir neçə İmamın kökünü kəsmiş Harunun oğludur.
Dostları ilə paylaş: |