Ərəblər də Məmunun hakimiyyətinə boyun əymirdilər. Bu da onunla əlaqədar idi ki öncə qeyd etdiyimiz kimi onun anası tərbiyəçisi və qəyyumunun hamısı qeyri-ərəb olmuşdur. Ərəblər isə əsassız təəssübkeşlikləri nəticəsində digər millətləri (Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurduğunun əksinə olaraq) öz nökərləri bilir təbii ki Məmunun bu cür olması da, ərəblərin bu təəssübkeşliyinə uyğun gəlmirdi. Xüsusən də, iranlılar gözəl istedadları nəticəsində elmi və siyasi məqamları ələ keçirərək meydanı məğrur ərəblərə çox dar etmişdilər. Belə olduğu halda isə məlumdur ki ərəblər iranlılara və eləcə də, onlarla əlaqə saxlayan hər hansı bir şəxsə düşmən kəsiləcəklər. Buna görə də, ərəblər Məmuna qarşı nifrət bəsləyirdilər.