Çünki Məmun qardaşını öldürməsi nəticəsində camaatın özünə olan etimadını azaltmışdı.
8)–Ən əsası isə onu çox hörmətli bir şəxs tərəfindən gözləyən təhlükədən uzaq olmaq.
Bəli Məmun İmam Riza əleyhissəlamdan həddən artıq qorxu hissi keçirir və özünü o Həzrətin təhlükəsindən amanda saxlamaq istəyirdi.
Beləliklə də, İmam Riza əleyhissəlamı vəliəhd seçib onu hakimiyyətdə şərik etməklə bütün bu məqsədlər təmin olunurdu. Çünki (Ələvilərin başında duran) İmam Riza əleyhissəlamı hakimiyyətə şərik qoşmaqla bütün Ələvilər silahlarını yerə qoyacaq şüarlarına son qoyaraq qaldırdıqları qiyamlar nəticəsində camaat arasında qazandıqları hörməti itirməli olacaqdılar. Digər tərəfdən də, Məmun Əhli-beyt (əleyhimussəlam) tərəfdarı olan xorasanlıların yanında hörmət qazanacaq və qardaşını öldürməsini belə əlaqələndirəcək ki guya hakimiyyəti onun əsl sahibinə (yəni, İmam Riza əleyhissəlama) qaytarmaq üçün qardaşını öldürmüşdür. Bunların hamısından əsası isə bu idi ki İmam Riza əleyhissəlamı Mərv şəhərinə gətizdirib onun işlərini nəzarət altına almaqla onun təhlükəsindən amanda qalmaq təmin olunurdu. Qalırdı təkcə ərəblərlə Abbasilər ki onlara da Mə`mun iranlılar və Ələvilərin köməyi ilə müqavimət göstərə bilərdi.