7) Nə üçün Məmun böyük Fitr namazında İmam Riza əleyhissəlamı yoldan qaytarıb camaatın axınının o Həzrətə qoşulmasının qarşısını alır?
8) Nə üçün Məmun özü Mərvdən Bağdada gedərkən İmam Riza əleyhissəlamı Mərvdə saxlamayıb özü ilə aparır? Əgər o Həzrət həqiqətən də, vəliəhddirsə Mərvdə qalıb ölkənin bu hissəsini idarə etməyinin nə eybi var idi?
Bunlar bir sıra suallardır ki ilk baxışda ola bilər sadə görünsün ancaq bir az diqqət yetirdikdə, məlum olur ki Məmun bu işdə heç də sidq ürəkdən addım atmayıb əksinə onu bu addımı atmağa məcbur edən başqa səbəblər olmuşdur.1