Məmunun İmam Riza əleyhissəlamdan ailəsini də özü ilə gətirməsini istəməsinə baxmayaraq, o Həzrət ailəsindən heç kimi hətta oğlu İmam Cavad əleyhissəlamı da özü ilə aparmır. Halbuki bu səfər qısa səfər deyildi. Əksinə uzun və məsuliyyətli bir səfər olub Məmunun dediyinə görə guya o Həzrət İslam ümmətinin rəhbərliyini öz öhdəsinə götürməli idi.
İmam Riza əleyhissəlamın karvanı Nişabur şəhərində dayanarkən o Həzrət on minlərlə bəlkə də, yüz minlərlə adamın hüzurunda öz məhbub simasını büruzə verərək aşağıdakı hədisi buyurmuşdur: “Allah-taala buyurmuşdur ki “La ilahə illəllah” cümləsi mənim istehkamımdır2 kim mənim istehkamıma daxil olarsa mənim əzabımdan amanda qalar.” Həmin gün iyirmi min nəfər bu hədisi İmam əleyhissəlamdan eşitcək yazmışdır. Maraqlı burasıdır ki İmam (əleyhissəlam) o gün o cür şəraitdə heç də dinin fəri məsəllərindən və camaatın həyatından söhbət etməmiş oruc namaz və bu kimi şeylərdən danışmağı lazım bilməmiş camaatı dünyada təqvalı olmağa və bu kimi işlərə dəvət etməmiş və siyasi bir səfər məqsədilə Mərvə getməsinə baxmayaraq, heç də siyasi və ya öz şəxsi məsələləri barədə söhbət etməmişdir. Bunların hamısının əvəzinə isə camaatın əsl həqiqi rəhbəri olduğu üçün onların diqqətini həyatlarında hər bir an həm indi həm də gələcəkdə lazım olan bir məsələyə yönəldir. Bəli ancaq “tövhid” məsələsini ortaya atır. Çünki tövhid hər hansı bir fəzilətli həyatın əsasıdır ki millətlər onun vasitəsilə hər cür bədbəxtçilikdən əzab-əziyyətdən azad ola bilərlər. Əgər insan öz həyatı boyu tövhiddən uzaq düşərsə deməli, bütün olan-qalanını itirmişdir! Yeri gəlmişkən deyək ki o Həzrət buyurduğu kəlamla bildirmək istəyirdi ki o dövrün qollu-budaqlı İslam cəmiyyəti tövhidin həqiqətindən onun əsl mənasından uzaqdır.