3) Mədinə valisi Saleh ibn Əlini Bəni-Haşim tayfasından olanlarla pis rəftar etdiyinə görə işdən çıxardır, onun yerinə Əli ibn Hüseyni bu vəzifəyə təyin edərək ona Bəni-Haşimə qarşı hörmətlə rəftar etməyi tövsiyə edir.4 Lakin Müntəsirin hakimiyyət dövrü qısa müddətli olduğu üçün ondan sonra yenə də çətinliklər başlayır.
Abbasi xəlifələrinin əsas siyasəti camaatın diqqətini saray fəqihlərinə (alimlərinə) cəlb etmək və onların verdiyi fətvaları rəsmi fətva elan etmək olsa da, lakin İmam Əliyyən-Nəqi (əleyhissəlam) Samirrada olduğu müddət ərzində neçə dəfə saray fəqihləri arasında fətva müxtəlifliyi baş verməsi nəticəsində onlar məcbur olub İmama müraciət etmiş, o Həzrət isə öz İmamət elmi sayəsində aydın sübutlarla məsələnin həqiqətini üzə çıxarmış və nəticədə saray fəqih və alimləri o Həzrətin elmi qarşısında baş əyməli olmuşlar. İndi bu cür məqamlardan ikisini oxucuların diqqətinə çatdırırıq.