1. Əl-Mötəzz
Mötəzz Mütəvəkkilin oğlu olub xəlifə Müstəinin hakimiyyətdən salınmasından sonra (252. h.q) xilafət başına keçərək öz əcdadlarının yolunu davam etdirmişdir.
Mütəvəkkilin ölümündən sonra dövlətin mühüm vəzifələrini türklər ələ keçirərək hakimiyyəti ələ alaraq xəlifə onlara rəhbərlik etmək əvəzinə onlar xəlifəyə rəhbərlik edirlər. Əgər xəlifə onların dediyinə əsasən hərəkət etməsəydi, dərhal onu devirər, ya da qətli üçün plan cızardılar. Aşağıda qeyd edəcəyimiz hadisə də bu həqiqəti sübut edir:
Bir gün Mötəzz öz yaxın adamlarını bir yerə toplayır. Sonra bir münəccim çağırtdırıb hakimiyyətdə olacağı müddəti müəyyənləşdirmək istədi. Bu zaman məclisdə hazır olub peşəsi lətifə danışmaq olan bir şəxs deyir: “Mən onun nə qədər hakimiyyətdə olacağını və hətta nə qədər yaşayacağını münəccimdən daha yaxşı bilirəm.” Sonra isə öz fikrini belə açıqladı: “Nə qədər ki, türklər onu (Mötəzzi) himayə edib hakimiyyətdə qalmasını istəyirlər, o, hakimiyyətdə qalacaq, ancaq elə ki onların əlaqəsi ondan kəsildi, həmin gün onun hakimiyyətinin sonudur.”1
Dostları ilə paylaş: |