Türklərin sarayda böyük nüfuza malik olması nəticəsində vəziyyət elə alınmışdı ki, xəlifə ancaq simvolik bir məna daşıyır, bütün işləri isə türklər yerinə yetirirdi. Bir gün bir dəstə türk Mötəzzin sarayına girib onu sürüyə-sürüyə bir otağa aparırlar. Sonra onu kötəklə döyüb köynəyini yandırır, özünü isə sarayın həyətində günün altında qoyurlar. Həmin gün hava həddən artıq isti idi və heç kim ayağını yerə basa bilmirdi. Türklər Mötəzzi hakimiyyətdən çıxardıb bir neçə nəfəri də buna şahid tutdular. Sonra isə vəzifədən kənarlaşdırılmış xəlifəni öldürmək məqsədilə bir nəfərə tapşırırlar. Ona deyirlər ki, onu öldürmək üçün ac-susuz saxla, çoxlu əziyyət ver. Beləliklə, yarımcan olmuş xəlifəni bir sərdabəyə salıb sərdabənin qapısını bağlayırlar və Mötəzz diri-diri torpağa basdırılır.2