Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə374/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   370   371   372   373   374   375   376   377   ...   427

1. Elmi fəaliyyətlər


Düzdür, İmam Həsən Əskəri (əleyhissəlam) Abbasilər hökumətinin yaratdığı o cür pis və məhdud şəraitdə öz geniş elmini bütün cəmiyyətə çatdıra bilməzdi. Lakin buna baxmayaraq, o Həzrət çətinliklə də olsa, hər birinin İslam maarifini yaymaqda və düşmənlərin iradlarını rədd etməkdə böyük rolu olmuş və neçə şagird yetişdirmişdi. Şeyx Tusi o Həzrətin şagirdlərinin sayının yüzdən çox olduğunu qeyd etmişdir.1 Onların arasında Əhməd ibn İshaq Əşəri Qummi, Əbu Haşim Davud ibn Qasim Cəfəri, Abdullah ibn Cəfər Himyəri, Əbu Əmr Osman ibn Səid Əmri, Əli ibn Cəfər və Məhəmməd ibn Həsən Səffar kimi böyük şəxsiyyətlər də olmuşdur. Əgər onların göstərdiyi xidmət və fəaliyyətləri barədə yazsaq, bu kitaba sığmaz. Onlar haqqında geniş məlumatı yalnız “rical” kitablarından ələ gətirmək olar.2

Bu cür şagirdlər yetişdirməkdən əlavə, bəzi vaxtlar müsəlmanlar üçün elə çətinliklər yaranır və müsəlmanlar elə çıxılmaz vəziyyətə düşürdülər ki, onu İmam Həsən Əskəri əleyhissəlamdan başqa heç kəs həll edə bilmirdi. İmam bu cür hallarda öz İmamət elmi sayəsində fövqəladə bir tədbir töküb müşkülü həll edir və müsəlmanları çıxılmaz vəziyyətdən qurtarırdı. Buna dair aşağıdakı iki nümunəni göstərmək olar.



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin