Мя’сум имамларын


İmam Məhdi (əleyhissəlam) doğulmazdan qabaq onun haqqında yazılmış kitablar



Yüklə 4,88 Mb.
səhifə411/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   407   408   409   410   411   412   413   414   ...   427

İmam Məhdi (əleyhissəlam) doğulmazdan qabaq onun haqqında yazılmış kitablar


Həzrət Məhdi əleyhissəlamın qeybə çəkilməsi, daha sonra isə qiyam edəcəyi İslam aləmində o qədər qəti olmuşdur ki, onun haqqında çoxlu sayda kitablar yazılmış, hətta bu kitabların bəzilərinin yazılma tarixi o Həzrətin doğulmasından qabaqkı tarixə aiddir. Məsələn, şiə məzhəbinin görkəmli hədisçilərindən biri olmuş Həsən ibn Məhbub Zərrad (vəfatı hicri 224-cü ildə) böyük qeyb dövründən yüz il qabaq “Əl-Məşixə” kitabını yazmış və həmin kitabda İmam Məhdi əleyhissəlamın qeybə çəkiləcəyi haqqında olan hədisləri qeyd etmişdir.6

Mərhum Təbərsi yazır ki, şiə hədis söyləyənləri İmam Baqirlə (əleyhissəlam) İmam Sadiq əleyhissəlamın zamanında qeyb dövrünü vurğulayan hədisləri öz əsərlərində qeyd etmişlər.7

Həmçinin, İmamların bəzi səhabələri İmam Məhdi (əleyhissəlam) və onun qiyamı barədə kitab yazmışlar. O cümlədən İbrahim ibn Saleh Ənmati8 (İmam Baqir əleyhissəlamın səhabəsi), Həsən ibn Məhəmməd ibn Səmaə9 (İmam Kazim əleyhissəlamın səhabəsi), Məhəmməd ibn Həsən ibn Cümhur10 (İmam Riza əleyhissəlamın səhabəsi), Əli ibn Məhziyar11 (İmam Cavad əleyhissəlamın səhabəsi) və Fəzl ibn Şazan Nişaburini12 (İmam Riza (əleyhissəlam), İmam Cavad (əleyhissəlam) və İmam Əliyyən-Nəqi əleyhissəlamın səhabəsi) qeyd etmək olar.


Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   407   408   409   410   411   412   413   414   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin