Bir az bundan qabaq deyildiyi kimi İraq və Kufə camaatı sözübütöv və mütəşəkkil deyildi. Əksinə onlar vəfasız etimad edilməyən və hər gün bir bayraq altında yığışan (külək hara əsdi ora meyl edən) mövcud olan vəziyyətdən və zəmanənin qüdrətindən istifadə edən adamlar idi. Elə buna görə də, İmam əleyhissəlamın ordusunda yaranan böhran və hər iki tərəfin öz qoşunlarını səfərbər etməsilə həmzaman Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi İmam Həsən əleyhissəlama xəyanət edərək Müaviyəyə məktub yazıb bildirdilər ki onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsən əleyhissəlamı tutub ona verəcək ya da ona sui-qəsd edəcəklər.
Müaviyə həmin məktubları olduğu kimi İmam Həsən əleyhissəlama göndərib bildirdi ki bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilərsən?1