Мя’сум имамларын



Yüklə 4,88 Mb.
səhifə50/427
tarix10.01.2022
ölçüsü4,88 Mb.
#106666
1   ...   46   47   48   49   50   51   52   53   ...   427

Xain sərkərdə


İmam Həsən (əleyhissəlam) Müaviyə ilə döyüşmək məqsədi ilə Kufəni tərk etdikdən sonra Übeydullah ibn Abbası on iki min nəfərlik döyüşçü ilə ordunun ön hissəsinə özünün ən yaxın dostlarından olan Qeys ibn Səd və Səid ibn Qeysi2 isə Übeydullaha müşavir və canişin təyin etdi. Belə ki bu üç nəfərdən birinin başına bir iş gəlsəydi, növbə ilə digəri onun işini görməli idi.

İmam Həsən (əleyhissəlam) qoşunun hərəkət edəcək səmtini müəyyən edib belə göstəriş verdi ki Müaviyənin qoşunu ilə rastlaşdıqda onların hərəkətinin qarşısını alıb İmamı bu işdən xəbərdar etsinlər və İmam da əsas ordu ilə onlara qoşulsun.3

Übeydullah ibn Abbas öz ordusunu hərəkətə gətirdi. Onun ordusu Məskin adlı bir yerdə Müaviyənin ordusu ilə üz-üzə gəldi və Übeydullahın ordusu elə oradaca düşərgə saldı. Az bir zamanda İmama xəbər çatdı ki Übeydullah Müaviyədən bir milyon dirhəm alıb səkkiz min nəfərlə onun tərəfinə keçmişdir.

Təbii ki bu sərkərdənin xəyanəti vəziyyətin böhran içində olduğu belə bir vaxtda ordunun ruhiyyəsinin zəifləməsinə və İmam Həsən əleyhissəlamın nizami mövqeyinin bir-birinə dəyməsinə çox böyük təsir göstərmişdi. Çox şücaətli imanlı və Əli əleyhissəlamın ailəsinə qarşı vəfalı olan Qeys ibn Səd ordunun sərkərdəliyini öz öhdəsinə götürür və özünün ruhlandırıcı çıxışı ilə döyüşçülərin ruhiyyəsini artırmağa çalışır. Müaviyə onu da pulla ələ almaq istəyir lakin Qeys ona aldanmayıb İslam düşmənlərinin qarşısında axıra qədər durur.4



Yüklə 4,88 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   427




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin