Nəyə görə İmam Həsən (əleyhissəlam) sülh İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi?
Ötən araşdırmalarda İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini aydınlaşdırdıq. Burada belə bir sual irəli gəlir ki nəyə görə İmam Həsən (əleyhissəlam) sülh İmam Hüseyn (əleyhissəlam) isə qiyam etdi? Əgər sülh etmək düzgün fikirdisə, bəs onda nəyə görə İmam Hüseyn (əleyhissəlam) Yezidlə sülh bağlamadı? Yox əgər vuruşmaq lazım idisə, onda nəyə görə İmam Həsən (əleyhissəlam) vuruşmadı?
Bu sualların cavabını bu iki böyük İmamın yaşadığı müxtəlif şəraitli dövrdə və Yezidlə Müaviyənin rəftarında axtarmaq lazımdır. İndi Müaviyə ilə Yezidin rəftarındakı fərqli cəhətlər haqqında az da olsa, sizə məlumat veririk.