«Allah- Taala mənim günahlarımı onsuz da bağışlamayacaq», deyərək bir şəxsin iddia etməsi və Şöyüb Peyğəmbərin ona cavabı
Şöyübün 386 zamanında, birisi belə dedi:
- «Allah məndən görmüşdür, çoxlu günah, söylədi!»
Çoxlu günahlar ilə, zülümlər görmüş məndən,
Onsuz da, Haqq tərəfdən, mənə pay yox kərəmdən!
Haqqı – Taala Şöyübün, qulağına vəhy dedi!
Fəsih diliylə ona, cavab bəyan eylədi!
«Günahlar eyləyənə, günahım çox deyənə!»
Söylə mənim dilimdən, məndən gileylənənə!
De ki, nəhs danışırsan, bəxti qarasan səfeh!
Doğru yolu buraxıb, getdin hara sən səfeh?!
Dəfələrlə tutuldun pis əməllə, qanmadın?!
Ayaqdan başa qədər zəncirlədim qalmadın?!
Daxili «pasın» səni, «qara qazan» eyləmiş!
Iç siman dəyişdirmiş, yolu azan eyləmiş.387
Qəlbindəki paxırlar yığılmış üst- üstünə,
Cəmlənərək kor etmiş, görmürsən sirrlər yenə!
Təzə qazana tüstü dəyərsə, izi qalar,
Əgər çayda da yüsən, qazana ləkə salar!
Hər bir şey əkslikdən, tapılar, peyda olar,
Ağlığın üzərində qaralar rüsvay olar!
Tüstünün təsirindən qazan qaralsa əgər,
Qazanın rəngi- ruhu, ondan sonra dəyişər!
Dəmirçi işləyən kəs, zənci olarsa əgər,
Tüstü üzünə dəysə,tüstüylə həmrəngləşər.
Dəmirçi işləyən kəs, Rumlu olarsa əgər,
Sifəti ala- bula olar, qoşa rəngləşər!
Günahın təsirini sonradan başa düşər,
Naləvü- zar eyləyib, Allahdan kərəm dilər.
Sirrləri dərk eyləsə, pis xislətin tərk etsə,
Gözləri qarşısında, toz pərdəsin dərk etsə,
Tövbə eyləməsə də, sonucda şirinləşər.
Qəlbindən qəbahəti yox edib, dərinləşər.
Peşmançılıq olmasa, «Ya Rəbb» sözün deməsə?!
Qəlb güzgüsündə olan, beş qat «pası» yumasa?!
Onun «dəmir» qəlbini, paslar yeyib qurtarar.
Qəlb dəyərin itirər, «paslar» nurun aparar.
Ağ kağıza yazını əksiylə yazsan əgər?!
O kağız üzərində yazdıqların görünər,
Yazılmışın üstünə, yazı yazsan yenidən?!
Oxumaq çətinləşər bilməzsən bəhsi nədən!
Çünki qara düşmüşdür qaraların üstünə,
Hər iki xətt korlanmış mənasızlaşmış yenə.
Üçüncü dəfə yenə, üstündən yazsan əgər?!
Kafərin canı kimi, boğular, ölgünləşər!
Bəs bunun çarəsi nə, pənah çarə edənə!388
Misdən naümüdsənsə, dəxil düş iksirinə!
Tam ümüdsiz həyatın, Onu389 önünə çəkdi,
Cana doyduğu dərdi, özündən yana əkdi!
Şöyüb bu nöqtələri, ona söyləyən zaman,
Bir an ruhu qəlbində, «güllərin» acdı tamam!
Onun ruhu eşitdi, «Asimani- vəhyləri!»
Hər iki dünya üçün, bəhrələndi hər yeri!
Şöyüb dedi:- Ya Rəbbim, yoxluğumu istəyir?!
Vəhyi gözümə çəkib, səndən öndəyəm deyir?!
Haqq dedi:- «Mən Səttaram, sirrləri tam açmaram!»
Bircə rəmzdən savayı, sirr şəfəqi saçmaram!
O, rəmzdən bir nişanə, alaram uzaq getməz!
Inandığı duanı, kar edərəm eşitməz!
Namaz ilə zəkatdan, qeyri olan işləri,
Bir zərrə saxlamaram, zövqün alan işləri.
Itaət eyləyəcək, rütbələr həvəsiylə,
Lakin zərrə qədər də, dad almaz nəfəsiylə!
Itaəti sınıqsa, məna da sınıq olar.
Qoz çoxdur, lakin içi, ikidən birində var!
Elə itaət lazım, zövqlər bəhrəsin versin,
Elə iç lazımdır ki, ağac dənəsin versin!
Dənənin içi yoxsa, necə fidan görəcək?!
Cansız şəkil tək olar, xəyal dadın verəcək!
Şöyüb onun yadına bu nöqtələri saldı.
Ulaq təfəkürüylə palçığa batıb, qaldı.
Dostları ilə paylaş: |