Мювлана ъялаляддин


Gəmidə oğurluqda müttəhim olunan, Şeyxin möcüzələri



Yüklə 2,58 Mb.
səhifə109/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   105   106   107   108   109   110   111   112   ...   125

Gəmidə oğurluqda müttəhim olunan, Şeyxin möcüzələri

Dərviş libaslı bir Şeyx, bir gəmiyə minmişdi,

Bir şəxsin yatağına, bilmədən söykənmişdi.

Həmin şəxs yatan zaman, qızılları yox oldu,

Hamını axtardılar, şübhəlilər çox oldu!

Dedilər burda yatan, dərvişi də axtaraq,

Pul sahibi dərdindən, oyatdı, etdi soraq.

Dedi: -Mənim pul kisəm, bu gəmidə itmişdir!

Hamını axtarmışıq, növbə sənə çatmışdır.

Xirqəni soyun görək, tez ol, çıxart sən, baxaq!

Paltarını yoxlayaq, işin sonuna çıxaq!

Dərviş dedi: -Ya Rəbbim, bu rəzillər, mən qula?!

Acı sözlər dedilər, onları tənbeh elə!

Ey bütün qəmlilərin, qayğısı olan Tanrı!

Ey bütün nəfslilərin, nəfsini alan Tanrı!

Ey bütün duaların, cavabın verən Tanrı!

Ey bütün möhnətlərin, savabın verən Tanrı!

…Elə ki, o dərvişin, qəlbi riqqətə gəldi,

Eyni vaxtda hər yerdən, sudan başlar yüksəldi!

Yüz minlərlə balıqlar, dəniz dibindən, birdən,

Ağızlarında dürrlər, göründülər hər yerdən!

Hər birində olan dürr, bir mülkə xərac idi.

Haqqın möcüzəsiydi, sanki bir «merac» idi.

Bir neçə dürr atıldı, Şeyx dürrü görcək durdu,

Özünə yer eyləyib, bir kürsüdə oturdu!

Gəmi kapitanı tək, taxtında yer eylədi,

Onun göyərtəsindən, camaata söylədi.

Sizin bu gəminizi, almışam mənə kardır!399

Indi burda nə oğru, nə də dilənçi vardır.

Çıxıb getsin gəmidən, kim istəyir bu anda,

Mən burada Haqqımla, bir yerdəyəm amanda!

Indi oğruyam deyə, töhmət vuranım yoxdur!

Nə də nuxtam əlində, qanmaz soranım yoxdur.

Gəmi əhli səsləndi, sən ey böyük xoş kəlam?!

Nədən sənə verildi, bu gözəl ali məqam?!

Dedi: -Sizin kasıba, töhmət vurmağınızdan!

Haqqın hürriyyətinə, qurğu qurmağınızdan!

Allah göstərməsin ki, etməyim, Şaha təzim,

Kasıblardan bədgüman olmamışam əzizim.

O nəfsi tox kasıblar, o təqvalı fəqirlər,

Ona təzim etməyə, gəzdilər layiq yerlər.

O kasıblıq deyildir, pıçıltı eyləməkçin.

Haqqdan qeyri «varlığa», dualar söyləməkçin!

Neçin müttəhim deyim, özümü suçlu sanım?!

Haqqın yeddinci göydə, xəzinəsin mən danım?!

Müttəhim olan nəfsdir, şərəfli ağıl deyil!

Müttəhim olan hissdir, bir nurdur, nağıl deyil!

Nəfs özü parıldasa, vur al parıltısını!

Şah demək «sözlə» deyil, mat olmalıdır sonu.

Parlayan nuru görcək, möcüzə hesab edər.

Nur yox olandan sonra, bir xəyalə bənzədər.

Möcüzəni görməklə, həqiqəti tanıdı,

Gecə-gündüz gözlərin, həqiqətlər canıdı.

O yer, pak gözlülərin məkanı olmalıdır,

Heyvan gözlü şəxslərin, kanı olmamalıdır!

Həya-abru içində, qəribə hissə malik,

Yerləşərmi heç tovuz, dar quyuya ey salik.400

Əgər mənə deməsən, davam eylə işinə?!

Yüzdən birin deyərəm, tük tək dəyər dişinə!


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin