Мювлана ъялаляддин


Zindana düşüb onunla zindanda olanları zara gətirən müflisin hekayəti



Yüklə 2,58 Mb.
səhifə18/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   14   15   16   17   18   19   20   21   ...   125

Zindana düşüb onunla zindanda olanları zara gətirən müflisin hekayəti

Bir şəxs müflis olaraq xanımansız qalmışdı,

O, zindana düşmüşdü, sanki cansız qalmışdı.

Zindanda olanların şərikdi çörəyinə,

Tamahla dağ çəkirdi, onların ürəyinə!

Çörəyi zəhər edib, yeməyə qoymurdu o,

Cəld götürüb qaçırdı, yedikcə doymurdu o,!

Tanrının dəvətindən hər kim uzaqda qalsa,

Demək gəda kimidir, əgər sultan da olsa.

Mürüvvəti endirmiş, atmış ayaq altına,

Döndərmiş o zindanı cəhənnəm həyatına.

Rahatlıq ümidiylə qaçsan bir yerə əgər?

Həmin yerdən, şübhəsiz başqa bir adət gələr.

Dünyada heç künc-bucaq vəhşisiz, damsız74 deyil.

Haqqın xəlvətgahından,75 başqa yer ramsız76 deyil.

Qaçılmaz dunyamızın zindanının küncü də,

Mükafatsız deyildir, var onun sevinci də.

Vallah, muş yuvasına daxil olsan da əgər?!

Mübtəla olacaqsan, yeyəcəkdir pişiklər.

Insan xəyalıyla da özün tox edə bilər,

Xəyallarında onun canlanarsa bir gözəl.

Xəstəliyi düşünsə xəyallarında əgər,

Mum atəş üzərində əriyən tək əriyər.

Ilanlar, əqrəblərin yanında olsan əgər

Xoş xəyallar düşünsən Tanrı səni qoruyar.

Ilan-əqrəblər sənə sanki bir munis olar,

Xəyalında möcüzə, kimyalı bir mis olar.

Şirin-şirin səbr etmək o xoş xəyaldan doğar,

O sevincdən, fərəhdən, arzu-amaldan doğar.

Dediyimiz sevinclər, yaxşı imandan doğar,

Iman zəif olarsa, qəmlər başına yağar.

Səbir, imandan tapar yaxşı düşünən kəllə,

Kimin səbri olmasa imansızdır o hələ.

Peyğəmbər belə demiş: - Haqqı verməsə iman,

O şəxsdə səbir olmaz bir işi edən zaman.

Biri sənin gözündə olar bir ilan kimi,

Başqasının gözündə ona yar olan kimi.

Birisinin gözündə «xəyal» küfrə dönübdür,

Dostlarının gözündə o möminə dönübdür.

Bir şəxsin daxilində vardırsa hər ikisi,

O gah balıq, gah tilov, ikisindən birisi.

Onun yarısı mömin, yarısı kafir olar.

Yarısı hirs gətirər, yarı səbirlə dolar.

Haqq demiş Quranında:«Fəminkum möminin»dur,77

Yenə ardın söyləmiş: - «Vəminkum kafirun»dur.78

Necə ki, bir inəyin tən yarısı qaradır,

Başqa bir yarısı da ağappaq ayparadır.

Kimi bir hissəsini görüb onu rədd eylər,

Kimi ayrı qismini, görmək üçün cəhd eylər.

Qardaşları gözündə Yusif nifrətə layiq,

Yaqub gözlərinə nur verən qüdrətə layiq!

Pis xəyal düşünənin gözüdə çirkin idi,

Əsil göz, fəri79 gözün, içində itgin idi.

Sən o zahiri gözü, onun bir kölgəsi bil,

O nəyi görəcəksə, ona dönəcək ey dil.

Əslin kölgəsidir bu, lakin fərisi hanı?

Kölgə özü Günəşlə birdir, sən onu tanı!

Sən məkansan əslinsə bil ki, «Laməkandadır»!80

Bu dükanı bağla sən, əslin o dükandadır.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin