Мювлана ъялаляддин


Düz söz və onun kəşfi yolları haqqında təmsil



Yüklə 2,58 Mb.
səhifə22/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   18   19   20   21   22   23   24   25   ...   125

Düz söz və onun kəşfi yolları haqqında təmsil




Bir qərib şəxs tələsik özünə ev axtardı,


Bir dostu onu köhnə evə tərəf apardı.

Dedi: - Bu evin əgər olsaydı küm üstündə?

Mənin yaxınlığımda tapardın məskən sən də.

Olardın asudə sən, arvad-uşaqlarından,

Istifadə edərdin, hücrə otaqlarından.

Əgər bir gün qonaqda, gəlsəydi hüzuruna?

Yatmağa yer tapardın asudəliklə ona.

Kaş, bu köhnə saraya sahib olaydın, ey dost!

Sənin evin olaydı, orda qalaydın, ey dost!

Dedi: - Bəli, dostların xoşdur yanında qalmaq,

Lakin ey canım mənim, mümkünmü burda olmaq?!

Bütün dünya aləmi, xoş gün tələb edəndir,

Şirin-xoş hiylələrdən, oddadırlar nədəndir?!

Bütün qoca-cavanlar, qızıl tələbindədir,

Lakin qızıl qəlb neçin, gözdən uzaq, gendədir?!

Parıltısı qəlbinə çatsa, onu xalis bil,

Zərə məhək vurmadan, xalislikdən açma dil!

Məhək varındırsa seç, yoxundursa gendə dur,

Alim kənarında ol, öyrənməyə sən də dur!

Lakin məhək olmalı, sənin öz daxilində,

Içində yoxsa məhək, tənhasan öz yolunda

Qulyabanılar səsi, sənə tanış gələcək,

O tanış səslər səni, pis yollara çəkəcək!

O səslənib deyəcək, ehey-ehey karivan,

Gəlin siz mənə tərəf, budur məndə nam-nişan.100

Qulyabanı hər kəsin, adın tutar ey filan!

Ki, onu edə bilsin, bir əyri yolda olan!

Elə ki, ora çatar, görər qurd-şir dəmini,

Ömründən hesab etmə, qurdla- şir aləmini.

Həmin qulyaban səsi, de sonda necə olar?!

Var-dövlət, cahi-cəlal istəyi, qəlbə dolar.

Qəlbindən bu səsləri, tamahkar fikirləri,

Yox et ki, kəşf olunsun əsl insan sirrləri.

Pak Tanrını zikr eylə, qulyabanıları qov!

Nərgizin gözün qoru, leşxorların gözün ov!

Sədaqətli səhəri, hiylə, kindən fərqləndir,

Nağaranın rəngini, meyinkindən fərqləndir.

Gözlərin yeddi rəngi, görən bir gözə dönsün,

Görməklə səbirlənsin, nurlu bir közə dönsün.

Bu rənglərdən əlavə, qeyri rəngləri görsün,

Daşların əvəzinə, saf gövhərləri görsün.

Onda nə gövhər, bəlkə, bir dənizə dönərsən,

Dünyaları qət edən, günəş gözə dönərsən.

Işçi iş məkanında, gizlənib pünhan qalsa,

Sən get iş məkanına, görərsən harda olsa.

Iş özü iş görənə, pərdə toxuduğundan,

Işçi iş xaricini, görə bilməz çox asan.

Iş yeri, iş görməkçin bir məkan olduğundan,

O yerdən çölə çıxan, qafildir həmin andan.

Beləliklə daxil ol, işə yoxluq evinə,

Ki, sən görə biləsən işçini işlə yenə!

Iş yeri, aşkar görmək məkanı olduğundan,

Iş yerinin dışarı, örtük məkanıdır, qan!

Inadcıl Fironun da göyə baxırdı üzü,

Görmürdü yaradanı, kor idi iki gözü!

Istəyirdi dəyişsin, o qəzavü-qədəri,

Qapıdan qaytarsın o, qəzanı dərdü-səri.

Amma hiyləgər qəza, bığaltı irişirdi.

Dodaqaltı rişxəndlə, hərdən bığın eşirdi!

Yüz minlərlə uşağı günahsız öldürdü o,

Ki, dəyişsin Haqq hökmün, pənahsız öldürdü o!

Musa peyğəmbərimiz, doğulmasın anadan,

Minlərlə anaların boynunu vurdu, nadan!

Bu qanları töksə də, Musa doğuldu yenə,

Onu məhv etmək üçün, Əsa doğuldu yenə,

Yaradanın iş yerin, görə bilsəydi əgər,

Əlləri quruyardı, olmazdı heç hiyləgər.

Onun öz evindəcə, Musa aman almışdı.

O sa axmaqlığından, çölə adam salmışdı,

Nəfsinə məğlub olub, özü can bəsləyirdi.

Qeyrisin xain bilib, ondan şübhələnirdi,

Ki, bu düşmən, o paxıl, çoxun xain bilirdi,

Özüsə xain idi, canlara qəsd edirdi.

Özü Musa kimiydi, bədən onun Fironu,

Çöl bayıra qaçırdı, mənim düşmənim hanı?!

Nəfsi bədən evində, keyf ilə əylənirdi,

Qeyrisindən kin ilə, daim gileylənirdi.


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin