Zülnun adlı Misirli havalandı, başından,
Dəlilik xəstəliyi heç qalmadı işindən.
Hay-küy o qədər artdı, ərşə qədər yüksəldi,
Ciyərləri odladı, hamı bu dərdi bildi.
Indi qoyma tərpənsin, ey torpağı şoranlıq,
Ol, pak Allah-Taalanın dərgahında bir anlıq.
Xalqın bu dəlilikdən dözümü tükənmişdi,
Od onun saqqalını yandıraraq sönmüşdü.
Od düşərsə avamın saqqalına, bir anlıq,
Onun yeri olacaq zindan, yaxud qaranlıq.
Yoxdur imkan, bir daha bu yüyəni çəkməyə,
Baxma ki, bu yol çox dar, imkan yoxdur keçməyə.
Avamlar baxışından, şahlar olub xofi-can,175
Çünki avam kor düyün, şahlar isə binişan.
Hökm vermək olarsa, rindlər ixtiyarında,
Şübhəsiz Zülnun olar, rindin zindanlarında.
Bir atı minib gedir, o böyük şahi-əzim.176
Uşaqların ovcunda, sanki dürr qalmış yetim.
Elə bir dürr ki, gizli dənizdə bir qətrədə,
Elə bir günəşdir ki, gizlənmişdir zərrədə.
Bir günəş dəyişərək, özünü zərrə etmiş,
Damla-damla damaraq, şəfəqin saçıb getmiş.
Bütün zərrələr onda, məhv olaraq ərimiş,
Aləm ondan məst olmuş, ayaq açıb, yerimiş.
Qəddar olan bir şəxsin, qələm olsa əlində,
Şübhəsiz Mənsur olar, dar ağacı dibində.
Dövran dəyişsə birdən səfehlər olsa kəya,177
Şübhəsiz vacib olar, «Yəqtulunəl-ənbiya».178
Ənbiyalar söyləmiş, yolun azmış qövmə kim,
Səfehlərin sonuçu, «Inna…təyyərna bikum».179
Tərsanın cahilliyi, iman içrə bükülmüş,
Onçun da Haqq saydığı, olub xaça çəkilmiş.
Çünki onun fikrincə, cühud çarmıxa getmiş,
Bəs işin icrasını kim bacarmış, kim etmiş?
Şah qəlbi qan olsa da, onların bədkarından,180
«Əntə fihum» eyləmiş, keçmiş günahlarından.181
Xalis zərə, zərgərə, qəlb zərdən xəta gələr,
Çünki qəlb olan zərdə, xainlik daşı dələr.
Çirkinlər həsədindən, Yusiflər daldalanmış,
Çünki düşmən əlindən yaxşı, oda qalanmış.
Yusiflər qardaşların məkrindən quyudadır,
Həsəddən Yusif özü, hədiyyə qurdlaradır.
Həsəddən qaragünlük Misirli Yusifindir,
Bu həsəd Yusif üçün, qara qurdlu kəmindir.182
Əlbəttə həlim Yaqub, bu vəhşi qara qurddan,
Xofda, qorxuda idi, daim Yusif sarıdan.
Qurd özü zahir oldu, Yusifsə qayıtmadı,
Bu həsəd həqiqətdə, heç yerinə yetmədi.
Qardaşlar ağlaşaraq yağlı dillə dedilər:
-«Ata biz ötüşürdük», yalandan söylədilər.183
Yüz minlərlə qurdların məkri təsirsiz qalar,
Aqibət rüsvayçılıq, qurdlara nəsib olar.
Qiyamətdə hərislər leşyeyən, rəzil olar,
Onların surətləri, çirkin donuza oxşar.
Onlar sanki gizlənər, iyli əndam içində,
Şərab içənlər kimi, ağız iylənər, gündə.
Qəlblərə daxil olan gizli iylilik ki, var,
Qiyamət günü dönər, hiss kimi peyda olar.
Insanlıq vücudunda meşə əmələ gələr,
Bu vücuddan həzər et, insanlıq varsa əgər.
Olarsa əgər eyni, zahirlə batininin,
Nicat tapması üçün, şəkk-şübhə yox, o şəxsin.
Vücudumuzda bizim qurdla donuz minlərlə,
Salehlik, nasalehlik, yaxşılıqlar, kinlərlə.
Daha çox, qalib şəxsin hökmü qəbul edilən,
Zər misdən ağır gəlsə, olur zər tək sevilən.
Vücudundakı xislət, qalibsə sənə əgər,
Sənin aqibətinçin, bir vaciblik gətirər.
Bir anlıq canavarsız, əgər qalarsa bəşər,
Olar Yusif surətli, parlayar sanki qəmər.
Köçərək sinələrdən, qonar özgə qəlblərə,
Pünhan olma yolundan, kinlər dönər sülhlərə.
Əgər insanlıq, dönüb olsa öküz, ulaqlıq,
Biliklə, alimliyi udar uzunqulaqlıq.
Yol azan atlar, dönüb olar yolu ram edən!
Ayı olar oynayan, keçilər salam edən!
Insanlıqdan hərislik, ötər itlərə keçər,
Ya çoban, ya da ovçu, ya pasibanlıq edər.
Itdə əshab sifətlik, həmin «Əshabi-Kəhfdən»,
Gedib axtarıb tapmaq, yemin «Əshabi-Kəhfdən».
Hər zaman sinələrdə, bir adət baş qaldırar,
Gah div olar, gah mələk, gah tələ, yolda durar.
Təəccüb o meşəyə ki, hər şir ondan xəbərdar,
Qəlb tora salmaq üçün, gizli bir tələsi var.
Oğurluq et canlardan dürr ilə mərcanları,
Ariflər daxilindən, ey itdən aciz, barı!
Çünki lətif dürrləri, oğurlasan bir dəfə,
Yüklənərsən, şərəfli dürrlər ilə, hər dəfə.
Dostları ilə paylaş: |