Мювлана ъялаляддин


Zülnunun dəli olmamasını və qəsdən özünü belə aparmasını müridlərin başa düşməsi



Yüklə 2,58 Mb.
səhifə35/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   31   32   33   34   35   36   37   38   ...   125
Zülnunun dəli olmamasını və qəsdən özünü belə aparmasını müridlərin başa düşməsi
Elə ki, Zülnun getdi, zindana sarı, çox şad,

Ayaqlarında kündə184, əl baş üstdə, çox azad.

Dostlar hər bir tərəfdən üz çevirib baxdılar,

Bir xəbər tutmaq üçün qazamata axdılar.

Zülnunun qissəsini dostlar başa düşdülər,

Zindana tərəf qaçıb rəyini soruşdular.

Sənə qəsdmi olunmuş, ya da bu bir hikmətdir?

Bəlkə də, dində adət, xeyirli bir ayətdir?!

Ağıldan uzaqlaşıb, çoşmusan dəniz kimi!

Sənin səfeh olmağın, cünunluqla düz kimi!

Allah azaltmasın heç, sənin ağıl-kamalın,

Heç xəstəlik görməsin, ay tək olan camalın!

Sən xalqın şərlərindən evdə gömülüb qaldın,

Ağıllılıq eybindən dəliliyə meyl saldın.

Sən ağılın arından, bədənini gizlədin,

Niyyət edərək getdin, dəliliyi izlədin.

Dedin: - Giv qoy boynuma, ey cavan, bir öküz tək,

Vur başıma, belimə, yarala məni, əl çək.

Ki, mən əzik yaramdan, özümə həyat tapım,

Musayçın öküz kəsib, özümə nicat tapım.185

Ki, mən əzik yaramla əzilib, əziz olum,

Musanın öküzü tək kəsilib, əziz olum.

Öldürülən dirilib yarasının qanından,

Mis kimi kimya ilə, qızıllaşmış canından.

Öldürülən sıçrayıb sirrləri açıb, tökdü,

O qan içən zümrəni göstərdi, töküb, sökdü.

Açıq-aşkar söylədi, kəsəndir bu camaat,

Bu təlatüm toxumun səpəndir bu camaat.

Bu ağır olan bədən öldürülərsə əgər,

Sirrlərin də varlığı, bunu bil sən, dirilər.

Onun can ruhu görər, behiştlə cəhənnəmi,

Yenidən yada düşər, bütün sirrlər aləmi.

Açıq-aşkar göstərər divin qanlı olmasın,

Göstərər tələlərin yalan, canlı olmasın.

Öküz kəsmək olmuşdur, bu yolun şərtlərindən,

Ki, cana təsir etsin, yara qanı dərindən.

Öz nəfsin öküzünü, bacar, tezcə öldür sən,

Ki, olsun gizli ruhun canlı, xoş əməlindən.

Sonucu axtarma sən, sözü burda qət eylə,

Zülnunun müridlərə olan halını söylə.




Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin