Sultanın qulamına həsəd aparanların hekayəsinin sonu və onun həqiqəti
Şahın əmirlərinin, apardıqları həsəd,
Məxsusi qulamından, sultandandır hekayət.
Sözləri inci kimi düzmək, məndən gen düşdü,
Qayıdıb davam etmək, sonluq vaxtı yetişdi.
Belə bəxtli, iqballı, məmləkətin bağbanı,
Tanımazmı ağacın, pisini, yaxşısını?!
Hansı ağac barıyla, acısa, kənar qalar,
Barlı ağaclar isə, biri yeddi yüz olar.
Necə bərabər olar, bilinən mərtəbələr?!
Aqibəti görənlər, onu ayıra bilər.
Baxma ki, nəzərində, bərabərdir ağaclar,
O, bilir ağacların son barı necə olar.
Hansı şeyx ki, məhşərdən, agah- xəbərdar olmuş,
O Şeyx Allah nuruna, baxıb özü var olmuş!
Axuru görən gözlü, Haqqından paysız qalmış,
Axırı görən gözsə, mükafatdan pay almış,
O həsəd aparanlar, pis ağaclar kimidir,
Acı barlı, şor bəxtli, sanki aclar kimidir.
Həsəddən coşanlar tək, əllərin vururdular,
Gizlin- gizlin, məkr ilə hiylələr qururdular.
Ki, bu məxsusi qulun, boynun vura bilsinlər.
Kökünü zəmanədən, qazıb, qıra bilsinlər.
Fani ola bilərmi, onun canı, şah isə?!
Onun əsliylə – kökü, tam «Ismətullah»210 isə?!
Şah özü o sirlərdən xəbərdardan- xəbərdar,
Sanki Əbubəkir tək, tənində rübabi var.
Pis gövhər qəlblilərə, tamaşa qururdular,
Həmin kuzəçilərə, dünbəklər vururdular,
Hiyləgər qəbilələr, hiylələr qururdular,
Həmin şah tək olanın, qəsdinə dururdular.
Əzəmətli bir padşah, məşhurdursa dünyada
Ey ulaqlar necə bəs, sığsın cüzi foqqada.211
Şahın düşməsi üçün, bir böyük tor hördülər,
Bu tədbirin sonunu, axır onda gördülər.
Nəhs xislətli bir şagird, özünün ustadıyla,
Baş- başa yarışırdlı, önə keçmək adıyla.
Bəs hansı ustad belə dünyanın ustadının,
Qarşısında olacaq, qaldıracaq ad-sanın.
Onun gözləri daha «Yənzurullah»212 olmuşdur.
Cəhdin pərdələrini, yaran güclə dolmuşdur.
Kilim yırtığı kimi, dəliyin ortasını,
Həkim görməmək istər, pərdələr arasını.
Pərdə baxıb bu işə, yüz ağızla güləcək,
Hər bir ağız dönərək, bir yırtıq göstərəcək.
O usta üz çevirib, şagirdinə deyəcək,
Ey itdən də qiymətsiz, yox vəfan söyləyəcək.
Məni ustadın bilmə, ey sən zənciri qıran!
Özün kimi şagird bil, qəlbi korsan, bir oyan.
Məndən sənə «yar» olmaz, canına hayan olmaz!
Mənsiz sular cəm olub, bir yana axan olmaz!
Xülasə mənim qəlbim, bəxt iş yerindir sənin,
Neçin qırıb- tökürsən, ey nadürüst, iş yerin?!
Deyirsən ki, gizlədim, odu vurmaq xislətin,
Qəlbdən qəlbimə yol yox, dönüklükdür niyyətin.
Sonda qəlb pəncərəndən, görünər sənin fikrin,
Qəlbin şəhadət verər, deyər nə idi zikrin.
Lakin üzündə sənin, kərəmindən yer qalmaz,
Nə söylərsən o gülər, deyər bəli, söz almaz.
O, zövqdən gülməyəcək, günahlar silməyəcək,
Sənin ədavətinə, bəd işinə güləcək.
Xülasə, yalançıya, yalançı cəza verər,
Kasanı sındıraraq, kuzədən xeyir görər.
Əgər pislik səninlə, olsa gülməyə razı,
Yüz minlərlə çiçəklər, gül açar sənçin, azı.
Çünki onun ürəyi razılıqla iş görər,
Bil ki, O, günəş kimi, baharda nur çox verər.
Ondan gülər, həm gündüz, həm dəki bahar özü,
Gül- çiçək, çəmənliyin, Onunla gülər üzü.
Sən xəzanı, bahardan, fərqləndirə bilməsən,
Gülüşün rəmzlərini, bəs necə biləcəksən?!
Yüz min bülbül, qumrular, nəvalar eyləyəcək,
Binəva dünyamıza, dərd-qəmlər söyləyəcək.
Çünki ruhun yarpağı, saralıban- solmuşdur.
Necə başa düşməzsən, Şahın hirslə dolmuşdur.
Şahın günəşi durmuş, məzəmmətin bürcündə,
Üzləri qaraldacaq, sanki kömür üzündə.
Günəşə yaxın olan, səyyarələr, canımız.
O ağarma- qaralma, olacaq mizanımız.
Qızılquş yazacaqdır, yaşıl- alı bu başdan,
Rühlar qurtula bilsin, sevgiylə yalvarışdan.
Yaşıl- al dəyişmişdir, növbahar tək şəklini,
Göy qurşağı xətti tək, fərqli etmiş rəngini.
Bu məzmunda- mənada, bir hekayə eşit sən,
Mənalar dənizindən, damla tapa biləsən.
Dostları ilə paylaş: |