Мювлана ъялаляддин


Dilənçinin özünü dəliliyə vuran Bəhlulu hiyləylə sözə tutub, danışdırması



Yüklə 2,58 Mb.
səhifə65/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   61   62   63   64   65   66   67   68   ...   125
Dilənçinin özünü dəliliyə vuran Bəhlulu hiyləylə sözə tutub, danışdırması
Birisi belə dedi: - Bir aqil istəyirəm,

Məşvərət, məsləhətçin, əhli-dil istəyirəm!

Başqası ona dedi: - Ey dost şəhərimizdə,

Məcnunnümadan288 qeyri, ağıllı şəxs yox bizdə!

«Qamış ata» minibdir, indi həmin filankəs,

Uşaqlar arasında, çapır atını əbəs!

Gecə-cündüz danışır, sirli kəlamlar deyir,

Dünyada çox xəzinə, canımdadır söyləyir.

Od parçası kimidir, deyir ağıllı sözlər,

Göylər, ulduzlar haqda, qiymətli kəlam söylər.

Hücum, geri çəkilmə, nəsihət canındadır,

Dəlilikdə gizlənmiş, ağlısa qanındadır!

Lakin hər dəliliyi, ruha yaxın sirr bilmə,

Samiriylə,289 danaya290 inananı, bir bilmə!

Sanki bir vəli kimi, sənlə açıq danışdı!

Yüz minlərlə «qeyb»291dən, sirrlərdən sözlər açdı.

Təzəklə, ud ağacın, fərqləndirə bilmədin,

Belə duyğu özündə tapıb, görə bilmədin.

Dəliliklə özünü, daxilən vəli bildi,

Ey sən «kor» kimi olan bil ki, o, əhli-dildi,

Əgər bəsirət gözün, açıq olarsa sənin

Hər daş altda görərsən, qəbrini bir sərhəngin.292

O ayıq, rəhbər gözün, yanında olan ərlər,

Hər bir kilim üstündə, bir kilim də sərərlər!

Bir vəlini başqası, hər vaxt şöhrətləndirər,

Hər kimi o istəsə, məhsulun bol yetirər,

Ağlıyla daxilini, tanımasınlar deyə,

Onunçun da özünü, vurmuşdur dəliliyə,

Gözlü oğurlayarsa, bir korun yatağını,

Heç kor tapa bilərmi, oğru olan yağını?!

Kor olan hardan bilər, onun oğrusu kimdir?!

Ona toxunsa belə, bilməz yağısı kimdir?!



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin