Itin kor dilənçiyə həmləsi
It öz kor sahibini, dişləmiş olsa əgər,
O şəxs necə tanıyar, gözü görürmü məgər?!
Bir it kor dilənçinin, yanındaca qalaraq,
Vəhşi şir tək nərəylə, həmlədən verdi soraq!
It dərvişlər səsini, eşidərək hirslənər,
Dərvişlər gözlərinə, Ay tozları ələnər!
Itin qorxulu səsi, koru aciz eyləmiş,
Kor qorxunun gücündən, itə təzimlə demiş,
-Ki, ey ovlar əmiri, sən ey şikarlar şiri!
Əl-əlin üstündədir, əl götür məndən, yeri!
Zərurətdən o həkim, ulağın quyruğuna,
Kərim ləqəbi verib, təzim eyləmiş ona.
O da zərurətindən, demiş ey şahi-şikar!
Mənim tək arıq ovdan, sənə necə pay çatar?!
Gur ovlayır dostların, gəzərək səhraları,
Sənsə küçədə gəzib, dişləyirsən korları?!
Dostların gur axtarır, onu ovlamaq üçün.
Sənsə kor axtarırsan, onu tovlamaq üçün.
O it «alim» tək olub, gur ovladı səhrada,
Bu it xəstələr kimi, kor tovladı səhrada,
It «elm» öyrənən kimi, qurtuldu zəlalətdən,
Meşələrdə ov edib, nuş etdi halal ətdən.
It «alim» tək olanda, daim izzətdə, keyfdə,
It «arif» tək olanda, yatar «Əshabi-kəfdə».
Itə də bəlli oldu, ovun əmiri kimdir?!
Ey Tanrı, nur tanıdan, nurların şiri kimdir?!
Korun tanımaması, gözsüzlüyündən deyil,
Görməməyə səbəbkar, onun cahilliyidir.
Korun özü torpaqdan, daha artıq kor deyil.
Düşməni görən olmuş, torpaq Haqq gücüylə, bil!
Musanın Nuru gördü, onu cəld-çevik etdi,
Harunu uddu torpaq, cəzasın aldı getdi!
Hər etiraz edəni, məhv etdi zəlzələylə,
Ey yer! Suyun ud! Dedi: - Haqq bilənə yer eylə.293
Su, torpaq, külək, atəş, özünün şərləriylə,
Bizlərə tabe deyil, Haqqa tabedir, böylə!
Bizsə onun əksinə, Haqqdan xəbərsiz kimi,
Haqqdan bixəbərik biz, san yerdə fərsiz kimi.
Cahil fərsiz insanlar, öhdə götürdü yenə,
Bu hökmə razı oldu, zülm etdi özlərinə.294
Dedi bizar olmuşuq, hamımız bu həyatdan,
Haçan olar əbədi, yaşayar, ölməz insan?!
Xalqdan ayrı qalarsa, şəksiz yetim qalmalı,
Haqqla ünsiyyətlinin, qəlbi sağlam olmalı!
Korluğun ucbatından, oğru əşya oğurlar,
Korlarda nalələr var, oğrularda uğurlar!
Əgər oğru deməsə, sənin oğrun, mənəm-mən,
Səndən oğurluq etdim, oğurluqda mahirəm!
Kor tanıya bilərmi, özünün oğrusunu?!
Olmasa gözdə nuru, ziya tərk etsə onu?!
Necə desin oğrunu, tutun verin cəzasın?!
Əlamətin bilmirsə, tanımırsa əzasın?!
Nəhayət «böyük cihad», oğru əsrində gəlmiş,
Ki, deyə bilsin «qadın», neçin belə gicəlmiş?!
Əvvələn, sürmə çəkmək, nurunu oğurladı,
Bəsirət ala bilsən, bilərsən nur hardadı?!
Qəlbimin itirdiyi hikmətin sirlərini,
Əhli-dilin yanında, tapacaq, öz yerini.
Qəlbi kor olan şəxsin, qulaq, canı, gözüylə!
Oğru şeytana qarşı, tapa bilməz əks hiylə.
Onu ruhda axtarma, hal əhlində axtar sən,
Onda sirr söyləyənlə, məşvərətdə olarsən!
Məşvərət axtaranlar, onun yanına gəlmiş,
Sən ey uşaq atası, bizə sirr söylə demiş.
Dedi ki, bu həlqədə, qapı açıq deyil, bil!
Qayıt geri bu gün sən, bu gün sirr günü deyil.
Əgər sən «Laməkana», getsən məkan dalınca,
Sanki, tacir şeyx qaçır, ora dükan dalınca!
Dostları ilə paylaş: |