Мювлана ъялаляддин


Axirət əzabının çətinliklərinin bəyanı



Yüklə 2,58 Mb.
səhifə70/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   66   67   68   69   70   71   72   73   ...   125
Axirət əzabının çətinliklərinin bəyanı
Harut, Marut qorxudan, açıq-aşkar üzüldü,

Babildə bir quyuya, özlərin layiq bildi!

Ki, axirət əzabın, bu dünyada çəksinlər,

Axirət əzabından, hiylə ilə qaçsınlar.

Özümüz işimizi düzəldək, söylədilər,

Dünya əzabı asan, axirətdən dedilər.

Axirət əzabının vəsfinin, heç həddi yox.

Dünyanın əziyyəti, asandır, həddindən çox.

Ey xoş ol şəxslərə ki, cihad etməklə məşğul,

Bu dünyada əzabkeş, Haqqa yetməklə məşğul.

O dünya əzabından, qurtula bilsin deyə,

Ömür əzabla keçər, yenə dözər, hər şeyə.

Mən hər vaxt deyirəm ki, Ya Rəbb, həmin əzabı,

Bu aləmdə ver, çətin, axirətin əzabı,

Ki, axirət zamanı, qurtulum o əzabdan,

Bu istəyim həqiqət, onu istərəm Haqqdan.

Belə bir əzabkeşlik, mənim üçün tapıldı,

Əziyyətdən bu canım, sakitliyə qapıldı.

Onu zikr eyləməklə, qalmışam öz-özümlə,

Özümdən bixəbərəm, bir olmuşam dözümlə.

Indi sənin özünü, görməsəydim mən əgər,

Bilməzdim ki, xislətin, bütün cahana dəyər.

Olmasaydın sən əgər, öz-özümə, məhv idim,

Bu qəm çəkmək şahanə, bunu özüm istədim.

Dedi: - Hey bu duanı, daha arzu eyləmə!

Özünü –öz kökündən qırıb, çox söz eyləmə!

Ey qarışqa cüssəli, varmı sənin taqətin?!

Əzəmətli bir dağı, üstünə qoysun sənin?!

Dedi: - Tövbə eylədim, ey Sultanım ürəkdən,

Başdan-ayağa qədər, təsirləndim diləkdən.

Bu cahan bir biyaban, Sənsə Musasan mənə,

Günahın təsirindən, biyabandayam yenə.

Bu cahan bir biyaban, Sənlə Musa, birdə biz

Daim günahkarlarıq, biyaban vətənimiz!

Illərlə yol gedirik, sonadək gedəcəyik,

Ilk mənzildə əsririk, əsir də öləcəyik!



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin