Мювлана ъялаляддин


Musa Əleyhissalamın millətinin zikri və onların peşmançılığı haqqında



Yüklə 2,58 Mb.
səhifə71/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   67   68   69   70   71   72   73   74   ...   125
Musa Əleyhissalamın millətinin zikri və onların peşmançılığı haqqında
Musanın dindarları yol ilə gedirdilər,

Addımla yol qət edib, məqsədə yetirdilər!

Açıq, gizli sirləri, bir-bir söyləyirdilər,

Kişi-qadın, pir-cavan, hamı bir deyirdilər:

- Musanın qəlbi bizdən, razı qalsaydı əgər?!

Səhranın çətin yolun, asan keçərdik, bizlər!

Bizdən o, tamamilə bizar olsaydı əgər?!

Göydən yeməklər bizə, göndərilərdi məgər?!

Necə daşdan çeşmələr, axıb, cuşa gələrdi?!

Biyabandan hamımız, can qurtara bilərdi?!

Süfrələr əvəzinə, od-alovlar gələrdi!

Evimizdə bizləri, kömürə döndərərdi.

Tərəddüd etdiyiyçin, Musa bizim bu işə,

Gah bizə dost kimidir, gah hirsli bu gərdişə!

Hirsi yatağımıza od vurur, atəş kimi,

Həlimliyi rədd edir, bəlanı günəş kimi.

Nə zaman həlimliyə çevrilər, qəzəbi də?!

Nadir olan şey deyil, çatar bizə lütfi də.

Bu səbəbdən qorxulu, belə mədhi eyləmək,

Musa adın çəkərək, ona fikri söyləmək,

Yoxsa Musa özü də, heç rəva bilməyəcək,

Sənin qarşında, onu mədh edənə güləcək.

Yüz dəfə, milyon dəfə, əhdimizi, sındırmış,

Sənin əhdinsə dağtək, sabit olaraq durmuş.

Bizim əhd zaman təkin, küləyə bir qul kimi,

Sənin əhdin bir dağdır, möhkəm qaya, sal kimi.

Tanrı sənin qüdrətin, bizi rənbərəng etmiş,

Ey rənglərin əmiri, rəhmin bizi ləng etmiş.

Özümüz görmüşük biz, rüsvay olmağımızı,

Çəkmə imtahanına, bağışla canımızı.

Rüsvay işlərimizi, gizlət açıq eyləmə,

Sənə sığınmışıq biz, bizdən acıq eyləmə!

Camalda, həm kamalda, tayın-bərabərin yox,

Əyrilik, rəzilliyin, say-hesabı bizdə çox.

Sən öz məzəmmətini, üstümüzdən götürmə,

Hədsiz əyriliklərə, nəzarətin itirmə.

Səninlə əlaqəmiz, bir ip, bir tar302 kimidir.

Bir Misir kimi idi, indi divar kimidir.

Saxla Sən o divarı, ey əbədi Şahımız,

Qoy şad ola bilməsin divlər, ol pənahımız!

Ilk lütfi bizə deyil, onlara göstərdin sən,

Yolunu azmışlara, öz lütfünü verdin sən!

Rəhmini neylədin sən, bizə rəhmini göstər?!

Ey sən, rəhmin əzəli, rəhm Səndə sanki gövhər!

Əgər bizim duamız, günahları artırsa,

Duanı öyrət bizə, əgər savabı varsa.

Bu minval iləİnsan, Behiştindən qovuldu,

Qayıtmaq izin verdin, çirkin divlə bir oldu.

Göy div hansı məqamda, insanı tərk edəcək?

Dəri xalça üstündə oyun udub, gedəcək?!

Həqiqətdə Adəmə, sonuc xeyirli oldu,

Paxıl lənətə gəldi, qəlbi zəhərlə doldu.

Yüz hiyləni görmədi, qüdrət, əzəmət gördü,

Evinin sütununu, özü əliylə qırdı.

Gecələr atəş vurub, özgələrin öldürdü,

Külək ona qayıtdı, o, özündən ötürdü.

Divə lənət eyləmək, onun gözün bağladı,

Hirsin zərərin gördü, hiylə onu saxladı.

Özü canına ziyan, hiyləsinə can ziyan,

Sanki Adəm div olmuş, divsə Adəmə həyan!

Lənət ona, insanı, əyri görən eyləmiş

Paxıl, özünü görən, kinlə duran eyləmiş.

O biləcək nəhayət, hər kim pislik eyləsə,

Şübhəsiz pis qayıdıb dərd verər, həmin kəsə!

Şahmat vəziri bütün xanaları, tərs görər,

Sonda mat olub qalar, məğlub tək ömür sürər.

Amma özü-özünü, bir heç bilərsə əgər,

Yarasını irinli, həlak edici görər.

Belə içi görməkdən, dərdlər başın qaldırar.

Onun dərd-bəlasını, hicabından çıxarar.

Çünki ana doğarkən, ağrı tutmasa əgər,

Uşağın doğulması, mümkün olarmı məgər?!

Ana doğuş ağrısı tutmayan ana qədər,

Uşaq doğulmaq üçün, imkan taparmı məgər?!

Bu əlamət gizlənmiş, hamiləlik qəlbində,

Bu öyüd, məsləhətlər, qabiləlik303 qəlbində.

Əbəçi304 neyləsin ki, ağrısı yox ananın,

Zahıya ağrı lazım, çağanın doğuşuyçun.

Zəhmətsiz əldə etmək, quldur tək yeməkdəndir,

Ağrısız olan işlər «Ənəl Həqq» deməkdəndir.

Yersiz «mənəm» deyənə, o söz lənət gətirər,

Yerində «mənəm» demək, ona rəhmət gətirər!

Mənsurun «Mən» deməsi, ona rəhmətdir, yəqin!

Fironun «Mən» deməsi, ona lənətdir, yəqin!

«Vaxtsız banlayan xoruz», atalar misalıdır,

«Başın kəsdirər yəqin», bu söz ellər malıdır.

«Baş kəsmək» nə deməkdir, öz nəfsini öldürmək?!

Lamisəni tərk etmək, cihada könül vermək!

Sanki əgər əqrəbin, iynəsini çıxartsan,

Ölümdən qurtararaq, tapacaqsan həyat sən.

Ilanın zəhər dişi, çıxarılsa ağzından,

Ilan daşqalaq olmaz, zəhər diş çıxan andan.

Qocalıqdan savayı, heç nə nəfsi etməz tərk,

Həmin nəfs öldürənin, ətəyindən yapış, bərk!

Əgər bərk tuta bilsən, bil Haqqın köməyidir.

Sənə nə qüvvət gəlsə, bil Onun əməyidir.

Əgər bərk tuta bilsən, bil Haqqının əzmidir,

Sənə nə güc gələrsə, bilki Onun cəzbidir.

Bədənin günahını, özündən kənar eylə,

Canın nəyi vardırsa, canın-canından söylə.

Əllər tuta biləndir, zəhmətə qatlaşandır,

Dəmbədəm zəhmətin çək, zəhmət şöhrətdir-şandır.

Qəm çəkmə, uzun müddət, sən zəhmətsiz qalmısan,

Gec tutsan da, yaxşı tut, sən mükafat almısan.

Gec tutub bərk tutarsa, onun mükafatı çox,

Haqqı ayrılmaz ondan, çünki ona səbəb yox.

Əgər istəyirsənsə, izahını çox daha,

Beynində vird eyləyib oxu, oxu «Vəzzuha».305

Qəribə nə söyləsən, bil ki, Ondandır səndə,

Onun fəzli noqsansız, nöqsanlar bəndəsində!

Pislikləri vermək də, Onun ağlına məxsus?!

Sənə bir misal çəkim, bu misal Ona məxsus?!



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin