Мювлана ъялаляддин


Həzrəti Rəsuli Əkrəmin yataqda yatan bir xəstyə dua və tövbə öyrətməsi



Yüklə 2,58 Mb.
səhifə73/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   69   70   71   72   73   74   75   76   ...   125
Həzrəti Rəsuli Əkrəmin yataqda yatan bir xəstyə dua və tövbə öyrətməsi
Yataqdakı xəstəyə, Rəsul söylədi böylə,

Dediklərimi söylə, çətini asan eylə!

«Ey Rəbbəna Atina fiddari dünyana həsən!

Vəqinə əzabənnar, fiddari üqbana həsən»309!

Aç yolları bizimçin, bağ-bostanı et lətif!

Bizə lütfünü göstər, kömək eylə ey Şərif!

Möminlər axirətdə deyərlər ey Şahımız!

Cəhənnəmdən uzaq et, bizi ey Pənahımız!

Mömin, kafir məhşərdə bir körpüdən keçməli!

Görmək istəmirik biz körpüdə, alov seli.

Bizlərə bəxş eylə sən, Behişt sarayın əgər?!

Rəzillər bəs haradan, körpünü ötüb-keçər?!

Yaşıl Behişt bağını, Mələklər tərifləyər,

Gördünmü keçid vaxtı, filan yerləri deyər?!

Tanrı cəhənnəmisə, çox çətin sınaq yeri,

Sizlərəsə qismətdir, bağ, bostan, yarpaq yeri.

Cəhənnəm xasiyyətli, sizin nəfs xislətiniz,

Bütpərəst atəşi tək, yandıran fitnə-dəniz!

Siz cəhdlər eylədiniz, od oldu çox şəfalı,

Haqq atəşi söndürdü, sizlər olduz təqvalı.

Göylərə şölə saçan şəhvətli atəşininz,

Təqva bağçası oldu, nurlandı hər işiniz!

Sizin odlu hirsiniz, yumşaldı, həlimləşdi,

Cahillik zülmətiniz nurlandı, elimləşdi.

Acgözlük atəşiniz sizlərdən uzaqlaşdı,

Tikanlı həsədiniz dəyişdi gülzarlaşdı.

Özünüzdə var olan, cümlə atəşləri siz,

Haqqa xatir əvvəldən boğaraq öldürmüsüz.

Od olan nəfsinizi, bir bağa oxşatdınız,

O bağın torpağına vəfa tumu atdınız.

Od olan nəfsinizi bağ edib, sədd çəkdiniz,

O bağın torpağına vəfa tumu əkdiniz.

Bülbüllər həmin bağda, daima cəh-cəh vurar,

Gözəl nəğmələriylə, çəməndə məclis qurar.

Haqqın hökmlərini göylərdən endirmisiz,

Nəfsin cəhənnəm odun su töküb söndürmüsüz.

Cənnətdən qapı açdız, Cənnətə doğru, sizlər,

Isti suyla yudunuz, nəfsinizi günüzlər.

Bizim cəhənnəmimiz sizi gördü dəyişdi,

Yaşıllaşdı, gül açdı, yarpaqlar pıçıldaşdı.

Ehsanına mükafat, bilirsən oğlum nədir?!

Lətafətlə, gözəllik, savab ürəyincədir?!

Siz heç söyləmədiniz, bizlər də qurbanlarıq?!

Varlığın qarşısında biz fani olanlarıq.

Bizlər hiyləgər qəllaş,310 divanə olsaq əgər,

O saqi, peymanədən, məstlikdən verir xəbər,

Onun fərmanı ilə, baş səcdəyə qoyuruq,

O şirin canımızı, qul, kölə tək əyirik,

Nə qədər «dost» xəyalı, bizim sirrimiz olar?!

Nökərlik, qurban getmək, bizim işimiz olar?!

Nə qədər bəla şamı od vurub, yandırdılar,

Yüz minlərlə aşiqin canın odlandırdılar!

Evləri daxilində ömür sürən aşiqlər,

«Yar» üzünün şamına, pərvanə tək məşuqlar!

Ey ürək, ora tələs, o yer səndən nur alsın,

Bəladan can qorunsun, zireh təkin yer alsın!

Canları arasında, sənə yer eyləsinlər,

Səni badəylə dolu camla, bir eyləsinlər.

Canların arasında, özün dürdanə eylə,

Ey sən bədirlənmiş ay, Fələkdə xanə311 eylə!

Ütarüd bürcü kimi, qəlb dəftərin açılsın,

Ki, sənin özün üçün, sirli ətir saçılsın!

Qohumlar önündə ol, sən bir avarə kimi,

Mükəmməl aya çevril, ol sən mehparə kimi!

Zərrrələr öz küllündən,312 qoruna bilən deyil,

Bu ziddlərlə qarışma, bəs nədəndir, de, ey dil?!

Cinslər növlər içində, dönüb olar bir üsul,

Qeyblər görünən olar, parlar, nur saçar bol-bol.

Nə qədər qadın kimi, işvəlisən bixirəd313

Yalançı işvələrdən sənə gəlirmi mədəd?

Yaltaqlıq, şirindillik, aldatmalardan əl çək!

Bəyənirsən, sevirsən, yığırsan cibə, zər tək!

Şahların şilləsiylə, söyüşünü qan, oyan!

Sənə faydalı olar, azğınlar duasından!

Şahlar şilləsini ye, yemə alçaq balını,

Ki, sən bir mərd olasan, alasan iqbalını.

Şahlardan xələt gələr, ya da ki, dövlət gələr,

Cəsəd ruh pənahında, canına qeyrət gələr!

Harada ayaqyalın, binəvaları görsən,

Bil ki, o, ustadından qaçmış, qəsdinə dur, sən!

Ki, könlü istədiyi, elə bir günə qalmış,

O, kor qəlbli xeyirsiz, pis mükafatını almış!

Elə günə qalanda, ustad düşsə könlünə,

Sanki özün-özünə, bəzək vurarsan yenə!

Hər kim ustadan qaçsa, bu cahan torpağında,

Sanki varından qaçır, yox çörək, ocağında.

Can bəsləmək üçün sən, bir sənət kəsb etmisən,

Islam sənətinə də, sən heç, bir əl qatmısan?!

Dünyada geyinərək, yaşadın zəngin oldun,

Gedəndə nə apardın, ömür qurtardı, soldun?!

Elə bir peşə öyrən, axirət zamanında,

Sənə xeyir gətirsin, sorğu-sual anında.

O cəhan bir şəhərdir, «bazarı bol», işi bol,

O bazarı görməkçin, bu dünyadan keçir yol!

Haqq demiş bu dünyanın, kəsbi314 asan, bil bunu!

O dünyaya nisbətən, sanki uşaq oyunu.

Sanki bir tifil çıxmış, başqa tifil üstünə,

Şuxluq eyləyib, yeyir, durur üstündən yenə,

O, uşaq dalaşması, nə olar, bir oyuncaq,

Rüstəm tək cəhd eyləmək, cihad sayılar, qoçaq!

Uşaqlar oyun üçün, dükan tikib qurarlar,

Bunun faydası olmaz, yalnız vaxt ötürərlər.

Axşamçağı ac-susuz, qayıdarlar evlərə,

«Dükan» qalar, uşaqlar qaçışarlar evlərə.

Bu dünya oyun yeri, ölüm isə gecələr,

Boş kisəylə qayıtsan, ac başına nə gələr?!

Gor evinə tərəfsən, təksən, tənha qalmısan,

Ah-fəğan eyləyirsən, həsrətdən, saralmısan.

Din elmini kəsb etmək, eşqdir cəzbi var, oyan!

Bacarıq Haqq nurudur, ey kəc adam, bunu qan!

Sənin bu çör-çöp nəfsin, faniliyə həvəskar,

Neçin belə çör-çöpü, yığmağa həvəsin var?!

Çör-çöp nəfs dalıncasan, şərafət axtaran kəs,

Hiylə, məkri uzaq et, onu axtarmaq əbəs!



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin