Мювлана ъялаляддин


Maviyyə lənətliyə,İblis lənətliyin ikinci cavabı



Yüklə 2,58 Mb.
səhifə75/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   71   72   73   74   75   76   77   78   ...   125
Maviyyə lənətliyə,İblis lənətliyin ikinci cavabı.
Iblis belə söylədi: - Mən bir vaxt mələk idim!

Can-başla, itaətlə, Tanrıya kömək idim!

Salik315 olanlar ilə, həmçinin məhrəm idim!

Ərşin sakinləriylə, daima həmdəm idim!

Ilk-əvvəl olan peşə, necə qəlbi tərk edər?!

Ilk məhəbbət, zay olub, necə ürəkdən gedər?!

Səfər edib ya Rumu, ya da Xütəni görsən?!

Heç qəlbindən çıxarmı, vətənə ürək versən?!

Biz Onun «şərabından», məst olanlardan idik!

Dərgah «aşiqlərindən», dost olanlardan idik!

Onun məhəbbətiylə, göbəyimiz kəsilmiş,

Onun eşqinin nuru, «canımıza» əkilmiş,

Onun rüzigarından, xoş gün görüb keçmişik!

Onun şəffaf arxından, zəhmət suyu içmişik!

Onun fəzilətindən, məgər yaranmamışıq?!

Varlığı, güzəştiylə, məgər dayanmamışıq?!

Ey, nə çox, Tanrıdan biz, nəvazişlər görmüşük!

Onun gülüstanında, xoşbəxt ömür sürmüşük!

Başımıza rəhmətlə, diqqətlə əl çəkirdi!

Lətafət gözləriylə, şəfqətlə göz dikirdi!

Südəmər uşaq kimi, Dərgahında olanda,

«Beşiyim» tərpədirdi, lazım gələn zamanda!

Süd olmayan «südünü», mənə kim verə bilər?!

Ondan başqa kim məni, tədbiriylə bəsləyər?!

Xasiyyəti, südüylə, vücudumda yer salmış,

Xalq sirrin aça bilmək, xisləti Ondan qalmış!

Dərya tək kərəmini, əta eyləsə əgər?!

Kərəm qapılarını, kimlər bağlaya bilər?!

Lütf, ədalət, bəxşişlər, Onun saf kərəmidir!

Onda olan qəhr isə, bizə dərd, vərəmidir!

Lütfünün çoxluğundan, bu dünyanı yaratdı,

Zərrələri Günəşdən, cücərərək, boy atdı!

Qəhrindən ayrılıqlar, «hamilələr» olsa da,

Həmçinin vüsalı var, bilinməlidir, o da!

Cana «qulaq burması», verə bilən Tək, Odur!

Vüsal dövrünün qədrin, bilməyə kömək, Odur!

Cana «qulaq burması», verir ki, dərk eyləsin,

Vüsal qədrini bilsin, onu idrak eyləsin!

Nəbi demiş: - Haqqımız, belə buyurmuş Bizə,

«Qəsdim kərəm göstərmək, ey bəndələrim Sizə»!

Yaratdım sizləri ki, Məndən xeyir tapasız,

Əlləri çırmalayıb, öz şəhdimdən dadasız!

Sizi fayda tapmaqçin, yaratmamışam ki, Mən!

Lüt-üryan saxlayaraq qəbanızı götürəm!

Hüzurumdan bir müddət, qovulsanızda Sizlər!

Gözüm xoş üzünüzdə, yaxşıları əzizlər!

Belə xoş baxışlara, sizin qəhriniz nədən?!

Hər bir kəs bəd əməlli, şəhdə, zəhriniz nədən?!

Mən «səbəbə» baxmasam, o hadisə yaradar.

Hadisəçi vardırsa, hadisələr törədər.

Əzəldən lütfüm olmuş, lətafətlə baxaram,

Nə hadisə törənsə, iki bölüb ataram.

Tutalım həsədlikdən, səcdəni tərk elyləmiş,

O həsəd məhəbbətdən, inkara yox söyləmiş.

Hər bir həsəd törəyər, dostluğumuzdan bizim.

Həmnişin ola bilək, özgə dostla əzizim!

Dostluğun şərtlərindən biri, qeyrətlilikdir.

Asqırmaq şərtlə olsa, sonuc sakitlilikdir.

Yağlı süfrəsi Onun. başqa bir əməl deyil,

Nə istərsən et deyər, sonda süfrəmə əyil!

Birisi oyun vaxtı dedi ki, mən uduzdum!

Özüm bəlaya düşdüm, onunçun belə dözdüm.

Bəla içrə də mənə, O göstərir iltifat,

Ona matəm, Ona matəm, Ona mat!

O etməsə iltifat «azad» buraxsa bizi;

Altı cəhət içində, yaşayan qalmaz, düzü.

O şəxs altı cəhətsiz qalsa necə olar haqq?

Xüsusiylə də olsa o, varlıqla kəc, nahaqq?

Hər kim atəş içində, olsa «altı cəhət» də,

Odur qurtaran onu, Xaliq O, kainatda!

Bir şəxs əgər kafirsə, iman Xaliq əlində,

Imanı əldə etmək, kafirin əməlində!




Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin