Мювлана ъялаляддин


Yenidən iblis lənətliyin maviyyəyə cavabı



Yüklə 2,58 Mb.
səhifə77/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   73   74   75   76   77   78   79   80   ...   125
Yenidən iblis lənətliyin maviyyəyə cavabı
Iblis də Maviyyəyə dedi: - Açım sirləri?!

Mən «qəlblərə» məhəkəm, dinlə məni, gəl bəri!

Şirlə- it kimi məni, Haqq imtahan eylədi;

Daxilimi əyani açıb, bəyan eylədi!

Mən hər zaman qəlbləri, qaraüzlü etmişəm.

Mən sərrafam qəlblərə, qiymət verib getmişəm.

Yaxşılara, yaxşı tək, yolları göstərmişəm.

Pislərə də, pislər tək, kolları göstərmişəm.

Mən bağbanam bəslərəm, şux cavan fidanları,

Quru «budaqların»sa, halal mənə, qanları.

Otu hazırlamaqda, bilirsən məqsədim nə?!

Heyvantək olanları bilim, təyin edim nə?

It, ahudan bir bala, doğmuş olarsa əgər?!

Itdir, ya ahu, səni şəkə salarsa əgər?!

Sən otla, sümükləri, tök onun qarşısına.

Izlə hansına tərəf gedər, diqqət et ona.

Əgər sümüyə tərəf qaçsa, itdir şübhəsiz.

Əgər otu axtarsa, bil ki, ahudur şəksiz.

Qəzəblə – lütf cütləşmiş, baxma zidd olsalarda.

Ikisindən doğulmuş, xeyirlə- şər cahanda.

Sən ot ilə- sümüyü, Haqqa sifariş eylə.

Nəfsə dözüm, cana güc, Haqqından xahiş eylə.

Yalnız tikə dalınca, nəfs qaçırsa fayda yox.

Ruha qida axtarsa, bu isdə faydalar çox.

Bir şəxs əgər canına, xidmət etsə olar xər.317

Baş vursa can bəhrinə,318 onda tapacaq gövhər.

Baxma ki, xeyirlə- şər, zidd- ziddin içindədir?!

Lakin hər ikisi də, bir işin içindədir!

Nəbilər itaətin, xahişində olurlar.

Düşmənlərsə, şəhvətin, xahişində olurlar

Yaxşını pis eyləsəm, sadiqləri deyiləm.

Onların baisiyəm, xaliqləri deyiləm.

Yaxşını pis edənəm, yaradanı deyiləm,

Pislərə, yatanlara, bir ayna tək mayiləm.

Hindu özü dərdindən, yandırdı ayinəni,

Düşündü «üzü qara», göstərir ayna məni.

Ayinə ona dedi: - Bu günah mənim deyil.

Cəza mənim yox, sənin, günah özünküdür, bil.

Mənim xislətim belə, hər şeyi düz göstərmək!

Bilinsin çirkin kimdir, yaxşı kim, xəbər vermək!

Şahidə zindan yoxdur, mən bir şahid kimiyəm.

Zindan əhli deyiləm, mən Allah şahidiyəm!

Harda görsəm bir ağac, barıyla meyvəsiylə,

Dayə kimi bəslərəm, üzümü meynəsiylə.

Harda görsəm ağacı, təlx, quru meyvəsiylə;

Onu dibdən kəsərəm, cücərməz heç nə ilə.

Quru deyər bağbana ki, sən ey cavan oğlan?!

Məni neyçin kəsirsən, mənəm xətasız olan?!

Bağban deyər ağaca, sus ey çirkin xislətli!

Quruluq sənçin xəta deyil, ey pis niyyətli?!

Quru deyər: - Mən düzəm, əyri deyil qamətim,

Neyçin mən günahsızın, peyin vurmaq, niyyətin?!

Bağban ona söyləyər: - Fəxr etmə qamət ilə!

Olaydın əyri, yaşıl, dost olardım səninlə.

Həyat sularını sən, cəzb eyləyən olmusan,

Həyat suyu içində, bələşmisən, qalmısan.

Nütfən ilə, əslinlə, pis toxumlu olmusan,

Vəslin pis ağacladır, onçun belə qalmısan.

Yaşıl budaq xoşluqla, yetirsə vüsalına,

O xoşluq nütfədən sə, onda xoşa halına.

Din yolunda ayıltdım, səni Maviyyə əgər,

Mənim xislətim budur, xislət hər şeyə dəyər.



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin