Мювлана ъялаляддин


Hər şeyi aşkar etmək üçün yoxlamaq və o şeyin daxilindəki keyfiyyəti tapmaq haqqında



Yüklə 2,58 Mb.
səhifə90/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   86   87   88   89   90   91   92   93   ...   125
Hər şeyi aşkar etmək üçün yoxlamaq və o şeyin daxilindəki keyfiyyəti tapmaq haqqında
Etmə qibtə onlara, xeyirsiz insanlara,

Bax o itkilər verən Səmudə, Fironlara.

Dünyaya təkrar- təkrar, gözün aç, eylə nəzər,

Çünki Haqq buyurmuşdur: - «Sümmə ərcəə bəsər».337

Bir baxışla inanma, göydə nur günbəzinə,

Dəfələrlə nəzər sal, Yaradanın izinə.

Günbəzdən göstərərsə, yaxşı şeyləri Fələk,

Təkrar- təkrar bax, yenə eyb axtaran kişi tək.

Zil- qara torpaqları, çox görmüsən bilirsən,

Görüb ayırd edərək, baxıb, bəyənməlisən.

Olan xıltın içindən, safları ayırasan,

Nə qədər əzab çəksən, ağlını da doyurasan.

Qışın imtahanları, payızın sınaqları,

Yayın baharın isə, can kimi qonaqları.

Külək, bulud olmalı, ildırımlar çaxmalı,

Fərqlər bilinməlidir, səbəblərə baxmalı.

Torpaq, gilin rəngi də, aşkar olunmalıdır,

Yerin «cibində» daşdır, ya ləl bilinməlidir.

Haqqın xəzinəsindən, o dərya kərəmindən,

Nəyi oğurlamışsa, qara torpaq ilk gündən,

«Qismət məmuru» deyər, doğru söylə nəyin var?

Udduğunun yerin de, nə harda tutmuş qərar.

«Oğru- torpaq» ərz edib, söyləyər ki, heçdir- heç,

«Məmur» sorğuya tutub, torpaqla edər pıç- pıç.

«Məmur» bəzən lütfilə, danışar şirin- şəkər,

Bəzən qarışar halı olar, betərdən-betər.

Yoxlayan «məmurların» qəhri, lütfi, əməl, iş ,

Atəşdən zahir olar minnət, əhf, arzu, xahiş.

O, baharlar lütfüdür, Uca Tanrının bizə,

Payızlar həm tənqidi, hədəsi Onun bizə.

O qışlarsa Mənəvi, «çarmıx» olmuş bizlərə.

Həmin gizlənən «oğru» zahir olsun gözlərə.

Mücahidlər, qəlbində cihadı həbs eyləmiş.

Zaman keçmiş mücahid «oğruları» peyləmiş.

Çox mücahidi zaman, öz qəlbində həbs etmiş,

Bir müddət həbs olmaqla pislik irəli getmiş,

Bu su, torpaq, su qabı bizə məxsusdur, ey dil,

Oğru, inkar etməni canımıza ziya bil.

Haqq istini, soyuğu, əziyyəti, dərdləri,

Tərimizlə bir etmiş, ey şiri- mərd, gəl bəri,

Qorxunu, kasıblığı, azlığı, nasazlığı,

Can içrə zahir etmiş, qəbul eylə aclığı.338

Qorxularla vədələr, təhrikli bir- birinə.

Yaxşılıq, pislik üçün şərikli bir- birinə.

Çünki haqla- batili, qatışdırmışlar deyə,

Saf pul ilə, qəlb pulu, tökmüşlər bir kisəyə,

Indi məhək lazımdır, ayırsın qəlbi, safdan,

Imtahan edib tapsın, haqq ayrılsın, nahaqqdan.

Ki, bütün bu hiylələr, dönüb olsun haqq əməl,

Bu tədbirlər gücüylə haqqa qoyulsun təməl.

Ey «Musalar» anası, südü ver doysun çağa,

Qorxun varsa at çaya, bəla gəlməz uşağa!

Hər kim «yaranış» günü o süddən içsə əgər,

Musa kimi, onu da Tanrısı fərqləndirər!

Əgər maraqlısansa, uşağın fərqli olsun,

Gərək «Süd ver uşağa»! Sənə təklif olunsun.339

O ananın südündən, içsə bir uşaq əgər,

«Pis dayə» başı üstdə, qalsa nə edə bilər?!

Bu hekayənin ardı, daha sənə bəllidir.

«Qərəz»li fikir deyil, sözlər düz əməllidir!

Əhli- dil ürəyiylə bil, biganə davranmaq,

San, şahlarla hiyləgər, tülküyanə davranmaq!

Gözü toxnəfsliləri, «dilənçi» hesab etmək,

Sanki, yaxşı olana, bir düşmən deyib getmək!

Xoş üzlə qəbul etsə, deyəcəksən gədadır,

Əksinə qəbul etsə, deəyəcəksən dəğadır.340

Əgər həm bu, o olsa, deyərsən, tamahkardır.

Əgər əksinə olsa, deyərsən, kibrə341 yardır,

Əgər zülmünə dözsə, deyəcəksən, acizdir,

Əgər qeyrət göstərsə, deyəcəksən, nacinsdir!

Ya da münafiq kimi, söylərsən, həmin anda,

Qalmışam uşaq ilə, arvadım arasında.

Nə başımı qaşımaq, düşünmək hayındayam,

Nə də dini seçməkdən, daşınmaq hayındayam.

… Onda ey mənim Tanrım! Bizə mərhəmət göstər!

Olaq övliyan sənin, sonucda himmət göstər!

O, kəlamı nə dərddən, nə yanğıdan nəğl etdi.

Nə yuxulu söylədi, nə də yuxuya getdi.

Ayləni yedirtməyə, heç çarən olmayanda,

«Diş dibindən» çıxart, sən, halalı həmin anda!

…Nə «halal» axtarırsan, ey sən zülümlə dolan?!

Qanından başqa bir şey, görmürəm «halal» olan!

Sənə Haqqdan çarə var, qolun qüvvəsindən yox!

Dinindən kömək gələr, Şeytan hiyləsindən yox!

Ey sən, səbri olmayan, dünyamızın oduna?!

Bəs necə səbr edərsən, «Fəneməl- mahiduna»?!342

Ey sən, səbri olmayan, paklığa, murdarlığa?!

Bəs necə səbr edərsən, verdiyi padşahlığa?!

Ey sən, səbri olmayan, nazına- nemətinə?!

Bəs necə səbr edirsən, Tanrının himmətinə?!

Ey sən, səbri qalmayan, qadına- övladına?!

Bəs necə səbr edirsən, verdiyi imdadına?!

Ey sən, səbri olmayan, çamırlı sularına?!

Bəs necə səbr edərsən, Haqqın cəzalarına?!

Ey Haqqından diləyən, bağışlanma əməlin?!

Bəs necə öhdəliyə, vədlərə gəlir dilin?!

Hanı Xəlil, hanı bəs, o mağaradan çıxan?!

Hanı deyən «mənəm Rəbb», eşit bil Odur baxan!

Mən bu iki aləmi, istəmirəm dərk edəm,

Biləm iki məclisə, kimdir rəhbərlik edən?!

Haqqın sifətlərinə, tamaşa etməsəm mən?!

Əgər çörəyin yesəm, hülqum tutular həmən.

Onu görmədən, necə, loğması həzmə gedər?!

Gülü- gülzarlığına, kimlər tamaşa edər?!

Haqqa bel bağlamadan, bu sərin bulaqlardan,

Öküz, ulaqdan qeyri, kim olar suyu dadan?!

Heyvan kimi olanlar, zəlalətdə olarlar.

Hiylələri olsa da, qəflət içrə qalarlar!343

Hiylə kəllə- mayallıq, o da kəllə- mayallaq,

Günü zillətli olar, yeyər şapalaq- şallaq!

Bəzən fikri kütləşər, bəzən ağıldan çaşar,

Ömrü zay olub gedər, «əlif»tək arıqlaşar!

Nə qədər söyləsə də, əndişəm məni saxlar.

Əndişəsi boş olar, nəfsi qolların bağlar.

Desə bağışlayandır, həm Rəhim, həm Rəhmandır!

Nəfsinin hiyləsidir, qulaq asma amandır!

Ey qəmdən ölüb deyən, əlim boş, nə zamandır?!

Bəs bu qorxun nədəndir, deyirsən O, Rəhmandır?!



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin