Мювлана ъялаляддин


Bir ərəbin çuvalı qumla doldurması, bir «alimin» onu görüb danlaması hekayəsi



Yüklə 2,58 Mb.
səhifə100/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   96   97   98   99   100   101   102   103   ...   125
Bir ərəbin çuvalı qumla doldurması, bir «alimin» onu görüb danlaması hekayəsi
Bir ərəb yükləmişdi, ağır yüklə dəvəsin,

Birisində buğdadydı, doldurmuşdu kisəsin.

Ikinci çuval isə, dolu idi, qum ilə,

Onları doldurmuşdu, ağzacan bilə- bilə.

Özü də çuvalların üstündə oturmuşdu,

Bir «alim» onu görçək maraqlanıb soruşdu.

Ilk- əvvəl ərz eylədi: - Elin- oban haradı?!

Özünün sorğusuyla çox qapılar aradı.

Ondan sonra soruşdu: - Bu iki çuval nədir?!

Nə ilə doldurmusan, sidq ilə söylə birə- bir?!

Dedi:- Bir çuvalımdır, buğda, toxumla dolu,

Ikinci çuval isə, xeyirsiz qumla dolu!

Dedi:- Neçin doldurdun, bir çuvalı qum ilə?!

Dedi:- Qoşa olmaqçın, doldurdum bilə- bilə!

Dedi:- Buğda çuvalın, ikiyə böl yarıla,

Tök ikinci çuvala, gücü ver sən ağıla.

Çuvallar yüngül olsun, dəvən də rahat getsin,

Dedi:- Afərin sənə, Haqq sənə kömək etsin!

Belə dəqiq fikirlə, yaxşı rəy, yaxşı sözlə,

Nədən belə üryansan, piyadasan bir söylə?!

Rəhmi gəldi həkimə,365 əzm etdi ki, onu da,

Dəvəsinə mindirsə, çətin bunu unuda?!

Yenə dedi:- Ey həkim, ey şirin söz, xoş kəlam?!

Öz halından danış bir, bəlkə məndə zövq alam?!

Səndə kifayət qədər bilik ilə, ağıl var.

Ya vəzirsən, ya da şah, söylə kimdir sənə yar?!

Dedi:- Söylədiklərin, deyildir amalımdan,

Bax mənim libasıma, xəbər verir halımdan!

Dedi:- Neçə dəvən var, neçə, inək, öküzün?!

Dedi:- Nə dəvəm vardır, nə öküz, təkəm özüm!

Dedi:- Evin, yatağın, bəlkə varındır dükan?!

Dedi:- Uşaqlarımçın, yatmağa yoxdur məkan!

Nə gücüm var, nə işim, nə qumaş, nə yatağım?!

Nə yeməyə xörəyim, nə mətbəxim, ocağım?!

Dedi:- Nağd pulun varmı, miqdarı nə qədərdir?!

Bəlkə onçun tənhasan, öyüdlərin ləl, zərdir!

Sən kimyasan, dünyamın «misi» sənə məxsusdur!

Ağlın, biliyin, gövhər, öz beyninə məxsusdur!

Xəzinələr basdırsan, gözlətsən məkanlarda?!

Səndən daha ağıllı, söylə harda var, harda?!

Dedi:- Vallah yoxumdur, bil, ey sən ərəb sifət?!

Bütün varım, dövlətim, özüməm, bir də külfət?!

Ayağyalın, lüt bədən, başaçıq, qaçıram mən!

Hər kim çörək verəndə, ağzımı açıram mən!

Bu ağıl, bu hikmətin, bu hünərin xeyri yox.

Boş fikirlə xəyal var, bir də dərdi- sərim çox!

Sonra ərəb söylədi:- Rədd ol mənim yanımdan!

Nəhs bəxtim, kənar olsun, uzaqlaşsın canımdan.

Rədd olsun hikmətinlə, nəhs bəxtin məndən, ey dost!

Sənin nitqin ziyanlı, qorxuram səndən, «ey dost»!

Ya sən başqa tərəfə, mən də başqa tərəfə!

Qabağa gedirsənsə, geri qalım, bu dəfə?

Bir çuval buğda dolu, ikinci qüm olması,

Canıma qəbul, lakin pisdir, miras qalması.

Buğdayla, həm də qumla, dolu çuvallar, yəqin.

Mənə xeyri var, lakin zərərlidir hikmətin!

Axmaxlığım xeyirli, axmaqlıqdır, ziyansız.

Qəlbim yarpaq tək əsir, can təqvalı, yalansız.

Əgər istəyirsənsə, bədbəxtliklər azalsın,

Cəhd eylə ki, hikmətin, canından uzaq olsun!

Candan gəlməyən hikmət, yalnız doğurar xəyal,

Xeyirsizdir o hikmət, Nurun verməz Zülcəlal!366

Dünyaya məxsus hikmət, şəkk- şübhəni artırar,

Məzhəbə məxsus hikmət, səni Haqqa çatdırar!

Son zamanlar Şeytan da, zirəkləşmiş daha da,

Öndə olan şəxslərə, gərəkləşmiş daha da.

Hiylə öyrənənlərin, ciyərləri qaralmış,

Hiyləli əməlləri, öyrənməkdə yer almış.

Səbr etmək, qurban getmək, canda nəfs səxavəti,

Xeyrin iksirin367 olmuş, qazanmış sədaqəti.

Xoş fikir, o fikirdir, yolları aça bilsin,

Yaxşı yol o yoldur ki, qarşına «Şahın»368 gəlsin.

Yaxşı «Şah»da odur ki, özündən Şah seçilsin!

Var- dövlət, orduyla yox, düzündən Şah seçilsin!

Əbədiyyətə qədər, o Şahlıq davam edər,

Əhmədin369 «Din mülkü»də, Onun dalınca gedər!

Qiyamət gününədək, şəri, zavalı olmaz,

Nə qədər yaşasada ağlı, kamalı solmaz!



Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin