Şeyxə tənə vuran şəxsin hekayəsinin davamı və müridin də ona cavabı
O xəbis, Şeyx dalınca hərzə sözlər deyirdi,
Ağlı zəif olanlar, əyri görər deyirdi!
Onun çirkin işinin, olmuşam şahidi mən,
Şərab içən şəxsdir o, əməli pis əzəldən!
Onu bir yığıncaqda, əylənəndə görmüşəm!
O təqvadan məhrumdur, müflisliyin bilmişəm!
Əgər inamın yoxsa, gecələr qalxıb, yoxla?!
Şeyxin fisqi- fücurun,390 əyani baxıb, yoxla?!
Gecə şahid aparıb, bu deşik, budur dedi!
Onun hiylə, məkrini, eyş- işrətin gör dedi!
Gündüz vaxtı fəndinə, gecə pis əmələ bax!
Gündüz Mustafa kimi, gecə Bu Ləhəbə bax!
Gündüzlər Abdullah tək, onun çağrılar adı!
Gecə «nouzən- billah», camlardan alır dadı!
Şahid Şeyxin əlində, dolu bir şüşə gördü,
Ey Şeyx, sənində varmı, meylin pis işə, sordu?!
Ey Şeyx, deyirdin cama, şərab tökülsə əgər?!
Divlər sidikləyərlər, onu içənə qədər?!
Şeyx dedi ki, canımı, elə doldurmuşlar ki?!
Yerləşməz daxilinə bir üzərlik dənəsi!
Nəzər et, heç bu yerdə, bir zərrə yerləşərmi?!
Yalan söz eşitmisən, yalan söz düzləşərmi?!
Camı yox, şərabı yox, məlum deyil zahirdə.
Belə söz Şeyx barədə, təkrar eyləmə, bir də!
Mey camı varlığıdır, ey avara, bu Şeyxin!
Onda yerləşə bilməz, «div sidiyi», ey bidin?!
Onun varı- dövləti, Haqq nurundan güc alır!
Sınmış bədənin camı, Mütləq Nurla ucalır!
Günəş Nuru düşərsə, təzə nəcis üstünə,
O nuru qəbul etməz, həmən nəcis özünə!
Şeyx özü bəyan etdi, nə mey, nə də cam deyil.
Gəl sən əyil aşağı, gözünlə bax, ətrin bil!
Şahid endi aşağı, saf, billur balı gördü.
Düşmən sanki kor oldu, rəngi qaraldı, durdu.
Qoca Şeyx belə dedi:- Ey müridim, pənahım?!
Get mənimçin «mey» axtar, bəyan olsun «günah»ım!
Mənə bu əziyyətdir, lakin məcbur olmuşam,
Ifrat aclıq əlindən, əziyyətdə qalmışam!
Zərurət zamanında, hər bir murdar pak olar!
Kafərlərin başına, lənətlər bir xak391 olar!
Bütün küp olan evi, mürid gəzib- dolandı,
Şeyxə görə hər küpdən, daddı ağzı dadlandı.
Nə qədər gəzdisə də, tapa bilmədi şərab.
Bütün küplər doluydu, kəhrəba tək şəhdinab392
Mürid dedi:- Ey rindlər, bu necədir, nə haldır?!
Heç bir küpdə şərab yox, hamısı təzə baldır?!
Bütün rindlər o Şeyxin, yanına toplaşdılar!
Başlarına döyərək, yaş töküb, ağlaşdılar!
Gəl bizim xərabata, ey sən Ali- amal Şeyx?!
Qədəminlə dəyişsin, meyimiz olsun bal, Şeyx?!
Sən nəcisdən ayırdın, meyləri, şərabları?!
Canı nəcisdən ayır, yox eylə əzabları!
Cahan bütün ağzacan, olarsa qanla dolu?!
Haqqın halal sevəni, keçərmi heç o yolu?!
Dostları ilə paylaş: |