Мювлана ъялаляддин


Siçanın dəvənin ovsarını çəkməsi və heyrətə gəlib qürrələnməsi



Yüklə 2,58 Mb.
səhifə108/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   104   105   106   107   108   109   110   111   ...   125
Siçanın dəvənin ovsarını çəkməsi və heyrətə gəlib qürrələnməsi
Bir siçan bir dəvənin, ovsarın396 ələ aldı,

Yola düşərək çəkdi, onu ardına saldı!

Dəvə də tabe olub, onun dalınca getdi,

Siçan dedi:- Güclüyəm, pəhləvanam, fəxr etdi,

Qəlbindəki bu fikri, dəvəyə bəyan etcək,

Dedi:- Elə edərəm, olarsan sən «sevincək!»

Dəvə bir qədər gedib, bir çay ilə rastlaşdı,

Fil tək bədənli dəvə, xar oldu, acizləşdi,

Siçan çayı görən tək, mat qaldı, yava- yava.

Dedi:- Ey dağın, çölün, rəfiqi olan dəvə?!

Neçin belə dayandın, mat- mat baxırsan nədən?!

Çaya gir, cəsarətlə, keç sən qorxu bilmədən!

-Sən mənə yol göstərən, həm də ki, rəhbərimsən,

Yol ortasında qalma siçan, şiri- nərimsən!

Siçan dedi:- Ey dostum, bu çay dərindir- dərin,

Mən qorxuram, qərq olam, yoxlayaq gəl hər yerin.

Dəvə dedi:- Ey dostum, baxım suyun həddinə.

Tələsik addım atdı, görsün suyun həddi nə?

Dedi:- Sən ey kor siçan, su dizimə qədərdir.

Neçin heyrətdəsən sən, bu sənə dərdi- sərdir?!

Dedi:- Sənçin qarışqa, mənçin əjdahadır, bil,

Dizdən- dizə fərqlər var, mənə qanbahadır, bil!

Su sənin dizindənsə, mənə bax barı, ey dost,

Mənim başımdan ötər, yüz gəz397 yuxarı, ey dost!

Dəvə dedi:- Ey siçan, daha küstaxlıq etmə!

Özündən razı olub, belə axmaqlıq etmə!

Sən məni, özün kimi, siçana tay eylədin,

Dəvə ilə siçanın gücün bir pay eylədin!

Siçan dedi:- Ey dəvə, tövbə etdim Xudama!

Məni də çaydan keçirt, səs ver mənim sədama!

Dəvənin rəhmi gəldi, dedi:- Gəl yaxın mənə,

Tullan otur belimdə, möhkəmcə sıxın mənə!

Çaydan keçmək fikrim var, çətin deyil bu əməl,

Yüz min sən tək siçanı keçirərəm, sən də gəl!

«Rəsul» olmamısansa, sən get özün yolunla,

Bir gün keçə biləsən, tələdən öz zorunla.

Sultan olmamısansa, rəiyyət yoluyla get,

Gəmiçi deyilsənsə, tək getməkdən həzər et!

Kamil şəxs deyilsənsə, təklikdə dükan açma,

Əli təmiz ol daim, işdə həddini keçmə!

Qulluqdan əgər azad, olmamısan, qul tək qal,

Atlasdan paltar geymə, şır- şındır əyninə sal!

Sakit otur, qulaq as, Quran oxunan zaman,

Bəlkə Haqq tərəfindən, əhv olunasan, nadan!398

Əgər danışsanda sən, tövbə şəklində danış,

Şahənşahla miskin tək, fəqir dilində danış!

Hiylə, kinin əvvəli, şəhvətdən bəhrələnir,

Şəhvətin möhkəmliyi, adətdən bəhrələnir!

Adətdən bəhrələnən, pis xislət olsa möhkəm,

Bir kəsə hirslənəndə, vurmağa qalar həkəm,

Sən gülə tikan olsan, şübhəsiz bir gün o da,

Gülündən əlin çəkər, olar düşmən bir gəda!

Bütpərəstlər bütlərlə, söhbət etdiklərindən,

Bütə zidd olanlara, baxarlar gendən- gendən!

Iblis də əvvəl- əvvəl, yüksək məqamda olmuş,

Adəmi kiçik saymış, səcdə etmədən qalmış.

Demiş məndən rütbəli, daha yüksək olmalı,

Mənim kimi olanlar, ona meylin salmalı,

Təkəbbür bir zəhər tək, ruh onun padzəhəri,

Ruhunu pak saxlasan, şəkər edər zəhəri.

Dağlar ilanla dolu, olmuş olsa da əgər,

Daxilindəki ruhun, olar ona padzəhər.

Təkəbbürlük səninlə həmsöhbət olsa həmən,

Nə qədər məğlub etsən, olacaq köhnə düşmən.

Xasiyyətin əksinə, bir şəxs danışsa əgər,

Daxilindəki kinlər, qalxar göylərə qədər.

Düşünərsən o məni, xislətimdən döndərir,

Özünü mənə başçı, olan kimi hiss edir.

Pis xasiyyət olmasa, dikbaşlıqla bir yerdə,

Ziddlə, alov olarmı, parlaqlıqla bir yerdə?!

Möhkəmlənmiş şəkildə, olmasa pis xasiyyət,

Alovlu atəşkədə, yaradarmı ziddiyyət?!

O öz ziddi olanla, ehtiyatla davranır,

Onun ürəyindəcə, özünə yer qazanır.

Onun pis xasiyyəti, dayaqlı olduğundan,

Qarışqa olan şəhvət, dönüb, oldu bir ilan!

Şəhvət ilanın öldür, doğulduğu ilk gündə!

Yoxsa «ilan şəhvət»in, olar əjdaha sonda!

Lakin hər kəs görərsə, qarışqa tək «ilan»ın?!

Sən tövbənə sahib ol, dişlərin çək «ilan»ın!

Əgər qızıl olsa, mis deməz heç vaxt, mən misəm,

Qəlbin şahı olmasa, ürək deməz müflisəm.

«Iksirə» xidmət eylə, mis xidmət eyləyən tək,

Ey ürək, dildarından, cövrə döz, cəfalar çək!

Əhli- dilin dildarı, kimdir yaxşıca öyrən,

Dünya gecə- gündüzü kimidir, qoca, öyrən!

Az tut eyiblərini, haqq bəndəsinin, dayan!

Sən şahı oğurluqda, ittiham etmə, oyan!

Yoxsa olacaqsan sən, heçlərin- heçlərindən,

Divlərdən kənara qaç, dini öyrən dərindən!




Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin