Мювлана ъялаляддин


Xanəgahın Şeyxindən bir kasıbın üzr istəməsi



Yüklə 2,58 Mb.
səhifə111/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   107   108   109   110   111   112   113   114   ...   125

Xanəgahın Şeyxindən bir kasıbın üzr istəməsi

Həmin kasıb nəhayət, Şeyxlə hal-əhval etdi.

Üzrünü cəriməylə, ödəyib kəmal402 etdi!

Şeyxin hər sualına, dolğun cavab verirdi,

Xızrın cavabları tək, cavab, savab verirdi!

Həmin dolğun cavablar Kəlimin403 bilimləri,

Xızrı şadlandırırdı, Rəbbinin elmləri!

Həll olundu müşküllər, qalmadı ah-zarları,

Hər müşkül arxasında, göründü açarları.

Xızırdan dərvişin də, bir mirası var idi.

Şeyxin kömək etməklə, çox arası var idi!

Dedi: -Yol yarı olmuş, nə hikmətin var söylə!

Yarı yol bilinəcək, hikmətli işləriylə!

Arxın suyu, dəvəyə, az miqdar tək görünər,

Lakin siçanlar üçün, okyanlar tək görünər!

Əgər hər hansı şəxsə, dörd çörək pay verilsə,

Yarısı sayılacaq iki, ya üçün yesə!

Əgər dördün də yeyib, söyləsə ki, yarıdır,

O bir ördək kimidir, nəfsi onun, varıdır.

Hər kimin iştahası, onca çörəklikdirsə,

Yarısı onda olar, onun beşini yesə!

Əlli çörəklik olsa, əgər mənim iştaham?!

Onun altı külçəsin, sənə bağışlamaram!

Sən cəmi onca rükət, namazınla yorğunsan,

Mən beş yüz rükətimlə, yorğun olmaram, asan!

Birisi Kəbəyədək, payi-piyada gedər,

Başqası məscidə dək, gedəndə nalə edər!

Birisi pak olmağa, canını vermək istər,

Başqası can verərək, bir külçə çörək istər!

Bu yarımçıq olmaqlıq, müəyyən həddə qədər,

Bunun əvvəl, axırın, sonluğu məlum edər.

Əvvəl-axır, cəm olub, belə sonluğa gələr,

Təsəvvürdə ortaqlıq, yarımlığa yerləşər.

Hər iki tərəfin də, aqibəti yoxdursa,

Miyanəlik haradan, görünər basa-basa?!

Əvvəl-axır elmini, hər kim öyrənsə, bitməz.

Dedi: -«Dərya mürəkkəb, olsa yenə də, yetməz».404

Yeddi dəniz birləşib, mürəkkəb olsa əgər

Elminin bitməsinə, yox ümid, əhli bəşər.405

Bağlar-meşələr əgər, olsa hamısı qələm,

Rəbbin sözləri bitməz, bilsin, dünyavü-aləm!

Bütün hədsiz-hesabsız, yazılar fanilikdir,

Bu hədis bizim üçün, əbədi baqilikdir!406

Mənim bu vəziyyətim, bəzən yuxuya bənzər,

Yuxum azmış yuxu tək, gizli yerləri gəzər!

Gözüm yatsa da mənim, qəlbimi sən oyaq bil,

Mənim bekar şəklimi, işlə birgə sayaq bil!

Rəsul belə söyləmiş: -Zahir, gözlə görünər,

Qəlbin daxili isə, Rəbbimizə bilinər!

Gözün ayıq olsa da, qəlbin yuxuda uçur,

Mənim gözümsə yatmış, qəlbim «qapılar» açır!

Mənim qəlb yelkənimdə, əlavə beş duyğu var,

Qəlbdə olan hiss üçün, hər iki aləm aşkar!

Sən öz zəifliyini, mənə baxıb, sayma düz?!

Səninçin gecə olan, mənimçin olmış gündüz!

Səninçin zindan olan, mənimçin bir bağ kimi,

Gözün görür, mənimçin, olmusan fərağ407 kimi.

Ayağın altda palçıq, mənçin dönüb, gül olmuş.

Səninçin matəm olan, nəvayi-bülbül olmuş!

Yerdəyəm sənlə sakin, bir məhəldə durmuşam.

Yeddi göyü gəzərək, Rəbbi-Cəlil sormuşam!

Səninlə həmnişindir, mənim kölgəm, özüm yox,

Düşüncələrdən üstün, düşüncəmin həddi çox!

Adi düşüncələrdən, geridə qalmamışam.

Fikirlər hakimiyəm, məhkumu olmamışam.

Bütün xalqlar, millətlər fikirlərin quludur.

Onunçun xəstə qəlblər, qəm-kədərlə doludur.

Qasida, özümü mən, düşüncəyə vermişəm.

Çünki ortabablıqdan, çətinliklər görmüşəm.

Mən quş tək göylərdəyəm, fikirlər milçək kimi,

Uca göy məkanına, milçək çata bilərmi?!

Qasida, enərəm mən, zirvələrdən düzənə!

Qoy ayağı şikəstlər, çatsınlar mənə yenə.

Əgər acığım tutsa, alçaq sifətlilərə,

Murad mələyi kimi, uçaram zirvələrə!

Qanadlarım cücərmiş, özümün öz zatımdan,

Başqa qanadı üstün, tutmaram qanadımdan.

Cəfəri Təyyar408 üçün uçmaq bir adət kimi,

Cəfəri Tərrar409 üçün, uçmaq bir alət kimi.

Zövqü olmyayan kəsin, yanında səna410 kimi,

Dünyanın Rəhbərinin yanında məna kimi.

Boş sözlər dava kimi, dikbaş şəxsin yanında,

Boşsa, dolusa qazan, birdir, milçək önündə!

Daxilə düşən tikə, gövhərə döndüyüyçün,

Bacardıqca ərinmə, ye, sirab ol özünçün.

Şeyx də bir gün şübhəni, dəf etmək məqsədiylə,

Ləyənə başın əydi, ləyən doldu dürr ilə.

Ağıl gövhərlərini, hamı duydu, dərk etdi,

Qoca, cavan, kəm ağıl, hər biri idrak etdi.

Çünki mədənə düşsə, çirkli, mikroblu tikən,

Hulqununa qıfıl vur, kilidini gizlət sən.

Kimin loğması dolsa Rəbbi-Cəlil nuruyla,

Hər bir şeyi yeyərsə, halal olar barıyla!


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin