Dava etmək onun özünün sədaqətini sübut etmək üçün olduğunu bəyan edən şəxsin davası haqda
Sən mənim canım ilə, aşınasansa əgər,
Bu dava etmək olmaz, sadiqliklə səsləşər.
Desəm ki, gecə yarı, sənin yanındayam mən,
Gecələrdən qorxma sən, mən də sənin özünəm!
Bu iki bəhs etmənin, yanında məna olmuş,
Çünki sənin qonşunun, səsi aşina olmuş!
Yaxınlıqla qonşuluq, iki məna mövzusus,
Yaxşı qanan yanında, o, bir dana411 mövzusu!
Yaxınlıq avazıyla, şəhadətlər göstərir,
Ki, bu dəmdə, bu anda, dostluqdan xəbər verir.
Qonşunun səs ləzzəti, onun avazı, səsi,
O əziz yar sidqinə, şəhadətin zümrəsi.
Yenə, ilhamsız axmaq cəhalət həvəsindən,
Yadın səsin ayırmır, öz əhlinin səsindən.
Onun yanında olar, danışığın qayəsi,
Onun cəhli olacaq, inkarının mayəsi.
Zirək şəxsin yanında, onun daxili nurlu,
Həmin şəxsin oxşarı, özün tutar qürurlu!
Ərəbcə söhbət açdı, ərəb dilli bir adam,
Dedi: -Ərəb xalqının, dilini bilirəm tam!
Ərərbcə danışmağı, mənalarla doludur.
Baxma həmin danışmaq, mübahisə yoludur,
Ya bir katib yazacaq, kağızı aram-aram,
O katibin xəttini, əbcədlə oxuyaram.
Bu yazılar olsa da, mübahisə yaradan,
Yazan özü şahiddir, mənalar aslı ondan.
Ya deyəcək bir sufi, dünən görmüsənmi sən?
Gecə yarı yuxuda, daima səcdə edən?!
Yuxu görən zamanda, mən idim sənə deyən.
Səninlə yuxuların, şərhi-halın söyləyən.
Qulaq as, qulaqları, həlqəli tək dinlə sən.
Bu sözlər rəhbərindir, yad eylə qəlbinlə sən.
Əgər yadına düşsə, yuxudakı sözlərim.
Daha qədim sirrlərin, möcüzəsin, al görüm.
Baxma ki, dava edər, daha dərinə gedər,
Can sahibi dərk edib, biliklə qəbul edər.
Əgər hikmət, mömini, azdıran olmuş olsa?!
Eşitdiyin o zəhər, pozduran olmuş olsa?!
Şübhəsiz o özünü, onun yanında tapar,
Necə olacaq deyə, şübhələnər, səhv yapar.
Susuz olan bir şəxsə, necə deyərsən tələs?!
Bu qədəh suyla dolu, al suyu iç, sən tələs!
Təşnə heç söləyərmi, get mənlə dava etmə?!
Ayrıl məndən uzaqlaş, məni binəva dava etmə!
Ya şahidlik, ya sübut göstərərək, şahid ol,
Ya de bu axar suyun, növündəndir abid ol,
Ya südəmər uşağa, ana tək söylə oğul,
Gəl körpə, mən anayam, südüm vardır, ayıq ol!
Uşaq deyər anaya, gətir sən mənə sübut,
Sənin südünlə doyum, məni qucağında tut.
Hər bir ümmət qəlbində, Haqq ləzzətdir, məzədir,
Peyğəmbərin surəti, avazı, möcüzədir!
Peyğəmbər çöl-bayırdan, səsin ucaltsa əgər?!
Ümmət canı daxildən, ona səcdə eyləyər!
Çünki səsinin növü, fərqlidir bu dünyada,
Heç bir canın qulağı, almamış belə səda!
O qəribdir zövqlərdən, avazı olmuş qərib.
Haqqın dilindən eşit, «Inni fəinni ğərib»412!
Dostları ilə paylaş: |