Мювлана ъялаляддин


Münacat Ey pak, şəriksiz Allah sevgin sığışmaz dilə



Yüklə 2,58 Mb.
səhifə21/125
tarix01.01.2022
ölçüsü2,58 Mb.
#102803
1   ...   17   18   19   20   21   22   23   24   ...   125

Münacat




Ey pak, şəriksiz Allah sevgin sığışmaz dilə,


Günahlar əsiriyik, bizləri sən əhv eylə!

Incə, həssas sözləri bəndələrə öyrət sən,

Olaq rəhminə layiq, olsun işimiz asan.

Dualar da Sənindir, qəbul etmədə Sənin!

Qorumaq da Sənindir, tənbeh etmə də Sənin!

Əgər xəta eyləsək, islah et, bizi tanı!

Sənsən barışdırıcı, ey sirrlərin Sultanı!

Əgər qan arxı olsa, lacivərd etməyin var!

Onu dəyişmək üçün kimyayla getməyin var!

Belə zərgərlik etmək, Sənə məxsus işlərdir!

Belə gövhərlik etmək, Sənə məxsus işlərdir!

Su ilə torpaqları, bir-birinə qatdın sən!

Su ilə gil yoğurub, Adəmi yaratdın sən!

Ona verdin cüt əza, xətti-xal ilə surət,

Sevinclə qəmlə dolu, minlərlə fikir, cürət!

Yenə bəzilərinə qurtuluş vermisən sən,

Bu qəm ilə şadlığa bir duruş vermisən sən.

Kəsib peyvənd etmisən, təbiətlə xilqəti,

Onun gözlərindəcə yaxşı-pisi cürəti!

Nə ki, hiss olunandır, o onu rədd eyləyir,

Nə ki, tapılmayandır, onu məsnəd88 eyləyir.

Onun eşqi zahirdə, məşuqu nihandadır.89

Yar-yavəri bayırda, fitnəsi cahandadır.

Indi burax, boşla sən, surətə aşiqliyi,

Surətə aşiq olmaq, bir xanım gözəlliyi.

Həm bu dünya, həm də ki, o dünyanı sevən, bil!

Nəyə aşiq olmusan, demək o surət deyil!

Ey ol kəs ki, olmusan surətə aşiq yenə?!

Canın çıxandan sonra, neçin bağlısan Ona?!

Surət yerindədirsə, bu çirkinlik nədəndir?!

Ey aşiq diqqətlə bax, sənin məşuqun kimdir?!

Əgər məşuqədirsə, o şey hiss olunandır.

Hissi olan bir kəsə, aşiq olmusan qan, dur!

Vəfan eşq artırarsa, Haqqına qarşı əgər?

Surət necə, vəfanı başqalaşdıra bilər?!

Günəş parıltısıyla divara şüa saldı,

Müvəqqəti şüanı, divar özünə aldı.

Gilə, torpağa neçin, aşiq oldun ey səlim?90

Tələb et əslini sən, sənə vəfalı əslin!

Sən ey bağlı kökünə, aşiq olan əslinə?

Sürətpərəstdən üstün, inan üstünlüyünə!

O ağlın şəfəqidir, sənin hissin üstündə,

Sanki zər şəfəqidir, sənin misin üstündə.

Yaxşı əlin olması, bəşərdə zər kimidir,

Yaxşı əli yoxdursa bir qoca xər91 kimidir.

Mələyə oxşar idi, dönüb oldu div kimi,

Onda olan məlahət, çünki hiylə-riv92 kimi.

Yavaş-yavaş alır o, camaldan sovqatını,

Yavaş-yavaş quruyur itirir həyatını.

«Vəmən nuəmmiruhu, nünəkkishu»nu oxu,93

Ürək tələb eylə sən, sümükdə nə var axı?!

Ki, o qəlb gözəlliyi, gözəlliklə baqidir.

Iki dodaqlarında, «Behişt suyu» saqidir!

O özü də həm sudur, həm də ki, saqiyi-məst.94

Hər üçü bir olacaq, çünki tilsimlər şikəst.95

Bir adamı, qiyasla fərqləndirə bilməsən,

Bəndəlik et, hədyansız, ey tanıyan, bilərsən.

Sənin mənan surətdir, o da müvəqqətidir,

Münasib yerdə sevinc, bəzən də riqqətidir!

Məna ona deyərlər, sənə təsir eyləsin,

Ehtiyacsız qaytarsın, özüylə bir eyləsin.

Məna ona deməzlər, səni kor-kar eyləsin,

Surətə tərəf çəksin, aşiqi-zar eyləsin.

Kor olanın qisməti, qəmli xəyallar olur.

Bu xəyallar göz üçün, qəmlə fənayla dolur.

Quran kəlamı, sözü, korlara mədən kimi,

Ulaq görməsələr də, palanı döyən kimi.

Sənin ki, gözün görür, ulaq dalınca qaçan?!

Palan tikmək sevirsən, qaçarsan ondan haçan?!

Ulaq varsa, palan da yəqin tikdirəcəklər,

Çörəyin də azalmaz, can varsa verəcəklər.

Ulaq əgər ac olsa, palan bilməz ey əmi,

Dalınca get, qoy palan, çoxda ötürmə dəmi.

Ulaq beli dükan, mal, qazanca faydalıdır.

Canın, yüz bir qəlibin sərmayəsi96 malıdır.

Çılpaq ulaq minmisən, həddini bil, ey füzul,97

Ulağı palanladı, çılpaq minmədi Rəsul.

Nəbi səfər zamanı tərs bir ata minmişdi,

Tərsliyin başa düşcək, atdan yerə enmişdi.98

Bəlkə də Rəsulumuz, çox piyada getmişdir.

Bunun, onun yükünü, sözsüz qəbul etmişdir.

Nəfsin ulaq oldusa, onu tez mıxa bağla.

Nə qədər qaçacaqsan, iş-gücdən ayrılmaqla!

Səbirlə, şükür yükü, çatar dada onsuzda.

Istər yüz ildə, istər iyirmidə, otuzda.

Heç bir günahkar olan qeyrisinkin götürməz.99

Bir kəs əgər əkmirsə, şübhəsiz biçə bilməz.

Tamahkarlıq çiylikdir, ay oğul çiy olma sən,

Bir şey çiy yeyilərsə, ziyanlar görər insan.

Bir kəs xəzinə tapdı, birdən-birə, nagəhan,

Demə ondan istərəm, neçin axtarım dükan.

O bəxtın məhsuludur, nadir olur belə iş,

Zəhmət çəkməlisən ki, zəhmətlə düzələ iş!

Xəzinə kəsb etməyə, kimdir ki, mane olan?

Əl çəkmə həmin işdən, olma rinqdə yorulan.

Ki, sən də olmayasan qeyrilər tək giriftar,

Bunu ya da ki, onu etsəydim, etməzdim ar!

Baxma ki, Rəsul ilə, onlar həmfikir idi,

Qadağan qoyub dedi: – Nifaqa bəhanədi!

Ki, o münafiq əgər danışmaqla öldüsə,

Demək həsrətdən getdi, fayda görmədi nəsə.

Çünki insan dünyanı ağlamaqla tərk etmiş,

O gözəl Yaradandan, əhvin almadan getmiş.

Özündə nöqsanları görə bilmədən qalsan,

Bu kəlamları dinlə, öyrən, dərya da olsan!


Yüklə 2,58 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin